AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib? - İLGİNC FAKTLAR

dogruxeber.tv: - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.

Tenderin şərtlərinə görə QSC müqavilənin bağlandığı tarixdən 40 təqvim günü ərzində AYNA-nın nəzarət funksiyalarını həyata keçirən əməkdaşları üçün “İnzibati xətalar” informasiya altsisteminin yaradılması, “Elektron rəy” informasiya sisteminin yaradılması, “Müntəzəm avtobus marşrutlarının monitorinqi (AVM)” sistemi”nin yaradılması,“Reysqabağı texniki yoxlama və tibbi müayinə” informasiya sisteminin yaradılması, “E-taksi” altsisteminin yaradılması xidmətlər göstərəcək.

Amma maraqlı hal orasındadı ki,başqalarına 40 günə informasiya sistemləri yaradan QSC özünə 8 ildə bir veb səhifə, bir portal belə yaradıb üzə çıxarmayaıb. Açıq mənbələrdə 8 milyon manat civarında dövlət sifarişi alan adı çəkilən Qapalı Səhmdar Cəmiyyəti barədə heç bir məlumat yoxdu. Maraqlıdır özünün sadə bir veb-səhifəsi belə olmayan QSC AYNA-nın informasiya sistemlərinin yaradılması işlərini necə həyata keçirəcək.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin 10.02.2016-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000.00 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev 117C, RİTZ PLAZA, m. 6-cı MƏRTƏBƏ, qanuni təmsilçisinin isə Hacıyev Oqtay Rafiq oğlu olduğu göstərilir.

“AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Həbibov Ədalət Nurəddin oğludur. Açıq internet mənbələrində onun da barəsində heç bir məlumat yoxdu. QSC-yə 31.10.22 – 12.06-23 -cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru olmuş Vüqar Mirqasımov Kamil oğlu da rəhbərlik edib.

QSC haqqında məlumat bu qədər. Bir də Dövlət Verği Xidmətinin məlumatlarında göstərilir ki, “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinə vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Verği Xidmətinin məlumatlarında həmçinin göstərilir ki, “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmiləri 8 milyon manat civarında satınalma müqaviləsi bağlayında “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisi olduğunu görməyiblərmi?

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir. O, buna qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.//Aktualinfo.org

Oxunub: 308

Son xəbərlər

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

“Brent” bahalaşdı

Bu yolda sürət həddi endirildi

Pakistan 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirdi

Bu avtomobillər dövlət mülkiyyətinə keçəcək

Bütün xəbərlər