Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...

DogruXeber.tv: - Azərbaycanda son illər ən çox danışılan, amma cavabı verilməyən suallardan biri budur: bu ölkədə bir məmur hansı hüquqi və mənəvi əsasla cəmiyyətin böyük hissəsi minimum dolanışıq həddinə yaxın maaş alarkən, özü üçün on minlərlə manatlıq aylıq əməkhaqqı müəyyən edə bilir?

Məsələ təkcə rəqəmlərdə deyil, bu rəqəmlərin arxasında dayanan idarəetmə mədəniyyətindədir. Xüsusilə də Anar Rzayev kimi ictimai funksiyası olan, fəaliyyətini büdcə və vətəndaş vəsaitləri hesabına quran bir qurum rəhbərinin bu qədər özbaşına davranması artıq açıq sosial ədalətsizlikdir.

Rəsmi statistikaya baxdıqda Azərbaycanda orta aylıq əməkhaqqı insanların real həyat xərcləri ilə uzlaşmır. Minlərlə ailə ayın sonunu necə gətirəcəyini düşünür, müəllim, həkim, sürücü, xidmət sektorunda çalışan insanlar 400–600 manat maaşla yaşayır. Belə bir şəraitdə dövlətə bağlı qurumun rəhbərinin özünə astronomik maaş yazması nə iqtisadi məntiqə, nə də cəmiyyətə qarşı məsuliyyət anlayışına sığır.

Ən ciddi sual isə yenə hüquqi tərəfdədir. Bir məmur öz maaşını özü müəyyən edə bilərmi?

Normal idarəçilik sistemlərində bu, açıq şəkildə yolverilməz sayılır. Maaşlar ya müstəqil müşahidə şuraları, ya parlament nəzarəti, ya da icra hakimiyyətindən kənar mexanizmlər vasitəsilə təsdiqlənir. Rəhbər şəxsin həm qərarı verən, həm də bu qərardan birbaşa maddi qazanc əldə edən tərəf olması açıq maraqlar toqquşmasıdır. Dövlət qurumu şəxsi şirkət deyil ki, rəhbər istədiyi qədər özünə əməkhaqqı yaza bilsin.

Anar Rzayevin fəaliyyəti fonunda bu məsələ daha da qıcıqlandırıcı görünür.

İctimai nəqliyyatda problemlər, parklanma siyasətinə qarşı narazılıqlar, cərimələrin artması, vətəndaşın cibinə birbaşa təsir edən qərarlar fonunda onun yüksək maaş alması cəmiyyətə çox aydın mesaj verir: sistem vətəndaş üçün deyil, vəzifə sahibi üçün qurulub. İnsanlar gündəlik xərclərlə mübarizə apararkən, onların ödədiyi vergilər və rüsumlar hesabına bir məmurun komfortlu həyat sürməsi qəbulolunan deyil.

Daha acınacaqlısı isə budur ki, əvvəllər də Anar Rzayev ilə bağlı şəxsi sərvət toplama, qeyri-şəffaf əməliyyatlar və qanunsuzluqlar ortaya çıxıb, amma cəmiyyətə heç bir açıqlama verilməyib.

Məsələn, “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan İlqar Hacıyev Bakı, Badamdar ərazisindəki dəbdəbəli villasına uzun müddət müştəri axtarırdı. Nəticədə villa Anar Rzayevin adına keçib. Tərəflər arasında aparılan uzun danışıqlardan sonra villanın qiyməti 1 milyon manata razılaşdırılıb, 300 min manatı metronun “Gənclik” stansiyası yaxınlığındakı mənzil ilə əvəz olunub, 700 min manat isə nağd ödənilib. Artıq villaya baxış da keçirilib. Bütün bunlar baş verib, amma cəmiyyətə açıq, rəsmi izahat verilməyib.

Bu faktlar göstərir ki, Anar Rzayev üçün vətəndaşın hüquqları, əmlakı və narazılığı əhəmiyyətsizdir, amma şəxsi sərvəti qorumaq və artırmaq üçün heç bir məhdudiyyət tanımır. O həm insanların həyətlərini zəbt edir, həm rəsmi “parkovka” haqqı ödəyən sürücülərə cərimə kəsir, həm də vətəndaşın illərlə topladığı sənədləri gözardı edir. Normal, sivil ölkələrdə belə hallar ictimailəşən kimi məmur ya dərhal açıqlama verir, ya da vəzifəsindən istefa edir. Bizdə isə bu mədəniyyət ya ümumiyyətlə yoxdur, ya da bilərəkdən məhv edilib. O susur, qurum susur, nə izahat, nə üzrxahlıq, nə də məsuliyyət.
Bu isə problemin təkcə maaşla bağlı olmadığını göstərir. Problem idarəetmə fəlsəfəsindədir. İctimai qınaq işləmirsə, deməli, sistem öz-özünü qoruyur. Bu cür yanaşma cəmiyyətdə inamı zəiflədir, sosial narazılığı dərinləşdirir və “qanuni olsa da, ədalətsiz” reallığı normaya çevirir.

Anar Rzayev ətrafında yaranan bu vəziyyət bir daha sübut edir ki, Azərbaycanda təkcə maaş məbləğləri deyil, məmur məsuliyyəti anlayışı da yenidən nəzərdən keçirilməlidir. İnsanlar bərabərlik yox, ədalət istəyir. Vəzifədə oturan şəxs isə anlamalıdır ki, bu post ona özünü təmin etmək üçün yox, cəmiyyətə xidmət etmək üçün verilib. Əks halda, bu cür hallar nə qədər “qanuni” göstərilməyə çalışılsa da, ictimai vicdan qarşısında hər zaman qəbuledilməz qalacaq.//Nocomment.az

Son xəbərlər

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Bütün xəbərlər