QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

DogruXeber.tv: - Qrant bir təşkilata verilir, amma təqdimatda başqa bir “mərkəz” peyda olur. Üstəlik, bu ad belə düzgün yazılmayıb: “Yeni” azərbaycanca, “Gallery” isə ingiliscə

Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyinin sədri Rafael Gülməmmədov eyni zamanda “Yeni Gallery” Mərkəzinə də rəhbərlik edir

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili davam etdikcə mənzərə getdikcə daha da ağırlaşır. Hər yeni gün yeni faktlar, hər yeni fakt isə daha dərin suallar ortaya çıxarır. Bu sualların mərkəzində isə eyni problem dayanır: qrantların verilməsində şəffaflıq, icra prosesində isə nəzarət yoxdur.

Görünən odur ki, bəzi QHT-lər qrantları real fəaliyyətlərinə görə yox, tanışlıq və dostluq əlaqələrinə görə əldə edir, bəzilərinin layihələri isə “kor-koranə” maliyyələşdirilir və sonradan onların icrası ilə faktiki olaraq heç kim maraqlanmır.

Bu qənaətə gəlməyimizə səbəb olan faktlardan biri də 2025-ci ilin qrant qalibləri sırasında yer alan Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyi ilə bağlıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəsmi elan etdiyi nəticələrdə bu təşkilatın qalib olduğu layihənin adı açıq-aydın göstərilib: “İrəvan və Gəncə şəhərlərinin tarixi etnoqrafik xəritəsinin yaradılması”. Yəni iki şəhəri əhatə edən, miqyaslı və iddialı bir layihə. Bu layihəyəyə görə də 15 500 manat dövlət vəsaiti ayrılıb.

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatdan məlum olur ki, mənzərə tamamilə fərqlidir. Təqdimat mərasimində layihənin adı artıq dəyişdirilib və “İrəvan qala şəhərinin etnoqrafik xəritəsi” kimi təqdim olunub. Sadə dillə desək, layihədən Gəncə “yoxa çıxıb”. Heç bir rəsmi açıqlama, heç bir əsaslandırma, heç bir izah yoxdur. Sual açıqdır: ekspert komissiyası və Müşahidə Şurası tərəfindən iki şəhər üzrə təsdiqlənmiş layihə necə olur ki, sonradan bir şəhərlik layihəyə çevrilir? İki şəhərin adı ilə pul alınır, bir şəhər üzrə iş görülür. Qalan şəhərin taleyi isə sükuta qərq olur.

Bu hələ hamısı deyil. Təqdimat mərasimində istifadə olunan bannerlərdə və nümayiş etdirilən saytda icraçı təşkilat kimi tamam başqa bir ad gözə dəyir: “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi. Halbuki rəsmi sənədlərə görə layihəni icra etməli olan qurum Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyidir. Bu necə olur? Qrant bir təşkilata verilir, amma təqdimatda başqa bir “mərkəz” peyda olur. Üstəlik, bu ad belə düzgün yazılmayıb: “Yeni” azərbaycanca, “Gallery” isə ingiliscə. Dilə, qanuna, qaydaya bu qədər etinasız yanaşma necə mümkün olur?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

Daha da maraqlısı odur ki, layihənin icrası bitdikdən altı ay keçməsinə baxmayaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən hələ də heç kim bu uyğunsuzluqlara reaksiya verməyib. Ən azından bu nöqsanlardan biri kimi, mövcud olan internet saytında QHT-nin adını dəyişə bilərdilər. Amma özlərinə əziyyət verib, heç saytı da gözdən keçirməyiblər.

Araşdırmalarımızla zamanı məlum olub ki, Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyinin sədri Rafael Gülməmmədov eyni zamanda “Yeni Gallery” Mərkəzinə də rəhbərlik edir. Bu mərkəzdə müxtəlif sərgilər keçirilir. Bu fakt da özlüyündə ciddi suallar yaradır: qrant layihəsi ilə başqa bir mərkəzin tanıdılması və ya fəaliyyətinin önə çıxarılması arasında hansı əlaqə var? QHT-lərə Dövlət Dəstəyi Agentliyi bunu görmür, yoxsa görmək istəmir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

Bəziləri üçün bu nöqsanlar xırda detal kimi görünə bilər. Amma məsələ detallarda gizlidir. Bu detallar göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi layihələri nə əvvəlcədən düzgün təhlil edə, nə də icra prosesində effektiv nəzarət mexanizmi qura bilir. Nəticədə isə bu cür uyğunsuzluqlar adi hala çevrilir, təşkilat adlarının dəyişdirilməsi, layihə məzmununun “kiçildilməsi” heç kimin diqqətini çəkmir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin toplantılarında pafosla bəyan edilir ki, QHT layihələrinin icrası ilə bağlı mediada saysız-hesabsız məlumatlar dərc olunur. Amma təkcə bu təşkilatın yaydığı bir məlumat kifayət etdi ki, biz ən azı iki ciddi nöqsanı üzə çıxaraq. Bu isə onu göstərir ki, qurum kəmiyyətə oynayır, şişirdilmiş statistikalarla əvvəlcə özünü, sonra isə dövlət rəhbərliyini aldatmağa çalışır.

Bütün bunların fonunda bir nəticə qaçılmazdır: səriştəsizlik, qrantların icrasına nəzarətsizlik və məsuliyyətsizlik QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində sistemli problemə çevrilib. Daha acınacaqlısı isə odur ki, bu nöqsanlar bildirildikcə aradan qaldırılmaq əvəzinə, sanki daha da dərinləşir.

İndi əsas sual budur: nəzarət edən qurumlar hara baxır? Yoxsa, bu cür təşkilatların və bu cür layihələrin arxasında daha güclü qüvvələr dayanır və buna görə də hər kəs susmağa üstünlük verir? Dövlət vəsaitinin taleyi bu qədər asanlıqla sual altına düşməlidirmi? Bu sükutun özü artıq cavab qədər qorxuludur.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

Oxunub: 127

Son xəbərlər

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

Bütün xəbərlər