QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

Qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib.

DogruXeber.tv: - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili göstərir ki, bu proses artıq sadəcə qeyri-peşəkarlıq deyil, açıq şəkildə sistemli nəzarətsizlik və qanunvericiliyin formal xarakter daşıması səviyyəsinə çatıb. Araşdırmalarımız zamanı üzə çıxan faktlar dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı prinsiplərlə paylanması sualını daha da kəskinləşdirir və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin hüquqi əsaslarını ciddi şəkildə şübhə altına alır.

Şübhəli layihələrlə qrant alan təşkilatlardan biri də, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyidir. Təşkilatın adında və nizamnamə məqsədlərində innovativ media, jurnalistika, informasiya mühitinin inkişafı və jurnalist peşəkarlığının artırılması kimi istiqamətlər ön plana çıxır. Lakin Agentlik tərəfindən bu təşkilata ayrılmış qrant layihəsinin adı “Piylənməyə qarşı velohərəkat”dır. Layihənin məqsədi kimi piylənmənin yaratdığı təhlükələr, onun qarşısının alınması yolları və velosiped sürmənin təşviqi göstərilir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

Elə buradaca suallar doğur: media və jurnalistika yönümlü bir QHT-nin səhiyyə və fiziki aktivlik mövzusunda layihə icra etməsi hansı hüquqi və institusional əsaslara söykənir? Bu uyğunluğu kim qiymətləndirib? Yoxsa ümumiyyətlə qiymətləndirmə aparılmayıb?

Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydaları bu məsələdə kifayət qədər aydındır. Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrinə əsasən layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Bir sözlə bu uyğunluq əsas meyar kimi göstərilir. Bu maddələr kağız üzərində qalırsa, o zaman qrant mexanizmi hüquqi alət deyil, formal prosedura çevrilmiş olur.

Araşdırmalarımızla açıq mənbələrdə bu layihənin icrası ilə bağlı yerləşdirilmiş qısa və qeyri-müəyyən bir məlumat aşkar edildi. Məlumatda layihənin guya icra olunduğu və “uğurla başa çatdığı” qeyd edilir. Əlavə olaraq təqdim edilən bir fotoşəkil isə ciddi şübhələr doğurur. Şəkil bulanıqdır, uzaq məsafədən çəkilib və açıq-aşkar başqa bir tədbirə aid olduğu təəssüratı yaradır. Ciddi və real layihə icra edən təşkilatlar adətən tədbirin gedişini əks etdirən bir neçə aydın foto, iştirakçı siyahısı, məkan və tarixlə bağlı konkret məlumatlar təqdim edir. Burada isə bunların heç biri yoxdur(?)

Bu vəziyyət belə bir ehtimal yaradır ki, layihə ya formal şəkildə icra olunub, ya da ümumiyyətlə icra edilmədən hesabatlaşdırılıb. Hər iki halda məsuliyyət yalnız QHT-nin üzərində deyil. Əsas məsuliyyət bu layihəni uyğun hesab edən, maliyyələşdirən və icrasına nəzarət etməli olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə düşür.

Daha ciddi problem isə sistemlidir. Yenixeber.org olaraq apardığımız araşdırmalarla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində qrantların paylanması zamanı əsas meyar layihənin keyfiyyəti, məqsədlərə uyğunluğu və ictimai faydası deyil. Əsas məsələ təşkilatın kimə və hansı çevrəyə bağlı olmasıdır. Ekspert qiymətləndirməsi institutu faktiki olaraq ya səriştəsiz şəxslərin əlindədir, ya da formal xarakter daşıyır. Layihələrin məzmunu ya oxunmur, ya da bilərəkdən görməzlikdən gəlinir.

Nəticədə qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər səmərəsiz şəkildə xərclənir, ictimai nəzarət isə demək olar ki, yoxdur. Bu isə artıq təkcə bir layihə və ya bir QHT məsələsi deyil, dövlət maliyyəsinin idarə olunması ilə bağlı ciddi institusional böhrandır.

Ortaya çıxan mənzərə onu göstərir ki, dövlət QHT-lərə Dövlət Dəstəyi Agentliyi üzərində real nəzarət funksiyasını ya itirib, ya da bu nəzarət qəsdən tətbiq edilmir. Dövlət büdcəsinin taleyi ilə bağlı suallar cavabsız qalır. Kimlərsə bu proseslərə göz yumur, ya da birbaşa məsuliyyətdən yayınır. Əgər bu faktlar araşdırılmırsa və hüquqi qiymət verilmirsə, o zaman cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: dövlət büdcəsi ictimai maraqlar üçün deyil, müəyyən maraq qrupları üçün xərclənir.

Bu vəziyyətin dəyişməsi üçün kosmetik islahatlar deyil, real audit, şəffaflıq və hüquqi məsuliyyət mexanizmləri lazımdır. Əks halda “qrant” anlayışı ictimai faydanın deyil, talanın sinoniminə çevriləcək.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər