Vüsal Aslanov Koroğlu metrosunda özünə biznes qurub - Metronun enerjisindən istifadə - VİDEO

DogruXeber.tv: - Zaman-zaman Bakı Metropoliteninin müxtəlif stansiyalarının giriş və çıxış hissələrində fəaliyyət göstərən ticarət obyektləri bağlandı. Rəsmi qurumlar bunu əsasən təhlükəsizlik, təcili (SOS) çıxışlar zamanı sıxlıq riski, insan axınının məhdudlaşdırılması kimi arqumentlərlə izah etdilər. İnsanlar da bu arqumentləri müəyyən qədər anlayışla qarşıladyı.

Bizimesr.az bildirir ki, ancaq bu gün tam fərqli mənzərə ilə üz-üzəyik. Hazırda metronun bir çox çıxışlarında apteklər və xüsusilə “Azərlotereya” satış məntəqələri fəaliyyət göstərir.

Bu isə haqlı suallar doğurur - dünən təhlükə sayılan obyektlər bu gün niyə problem yaratmır?
Aptek və lotereya köşkləri fövqəladə vəziyyətdə sıxlıq yaratmayacaqmı?
Təhlükəsizlik meyarları kimə və hansı şərtlərlə tətbiq olunur?

Müqavilələr, gəlirlər və qaranlıq qalan suallar

Daha bir ciddi məsələ bu obyektlərin hansı müqavilə və hansı şərtlərlə fəaliyyət göstərməsidir.

Bu köşklər metropoliten rəhbərinə nə qədər qazanc gəririr?
Gəlirlər rəsmiləşdirilirmi?
İstifadə etdikləri elektrik enerjisi, kommunikasiya xətləri hansı mexanizmlə rəsmiləşdirilir?

Bu suallar illərdir cavabsızdır və ictimaiyyət üçün müəmmalı olaraq qalır.

Koroğlu metrosunda “Piramida” çıxışı təhlükə ilə üz-üzə

Məsələnin ən narahatedici tərəfi isə Koroğlu metro stansiyasının “Piramida” kimi tanınan çıxışında eskalatorun birbaşa çıxış hissəsində kofe barın açılmasıdır.

Bu obyektin hansı icazə ilə, kimin göstərişi ilə, hansı təhlükəsizlik rəyinə əsasən qurulduğu ictimaiyyətə açıqlanmırdı.

Amma Bizimesr.az-ın araşdırması zamanı bəlli olub ki, sözügedən kofe satış köşkü Bakı Metropoliteninin rəisi Vüsal Aslanova məxsusdur. Məlumata görə, bu köşklərdən başqa metro stansiyalarında da qurulacaq.

Metro kimi strateji və yüksək riskli obyektin daxilində şəxsi biznes fəaliyyəti təcili evakuasiya imkanlarını məhdudlaşdırır, insan axınını təhlükəli şəkildə daralır.

Üstəlik, son günlərdə həmin kofe köşkünün yanında "Azərlotereyanın yeni və dəbdəbəli köşkü də əlavə olunub və çıxış-giriş sahəsi daha da daraldılıb.

Daha təhlükəli məqam isə budur ki, bu hər iki ticarət köşkü təhlükəsizlik normalarına əməl olunmadan, adi, qoruyucusuz uzadıcı vasitəsilə elektrik şəbəkəsinə qoşulub. Bu ərazidə valideynlərin nəzarətindən yayınan uşaqların elektrik naqillərinə toxunması real təhlükədir. Bu hallar Metropoliten rəisi Vüsal Aslanovu qəti narahat etmir, biznes daha üstün yerdə dayanır.

Metro kimindir? Xalqın, yoxsa məmurun sualı açıq qalır. Vüsal Aslanov metronu ictimai nəqliyyat yox, şəxsi biznes platforması kimi istifadəyə çevirib.

Kiçik sahibkarlar "təhlükəsizlik” adı ilə çıxarılırsa, amma yüksək vəzifəli şəxslərin obyektləri eyni məkanda rahat fəaliyyət göstərirsə, deməli problem obyektlərdə yox, ikili standartlardadır. Metro insanların təhlükəsiz və sərbəst hərəkəti üçün nəzərdə tutulub, məmur biznesi üçün yox.

Mövzu ilə bağlı video material vəziyyətin nə qədər riskli olduğunu açıq şəkildə nümayiş etdirir.//Bizimesr.az

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər