Aqrar sektorda "silinən pullar"da adları çəkilənlərlə bağlı İLGİNC İDDİALAR - Həbs olunan var, amma...

DogruXeber.tv: - "Aqrar İnnovasiya və Təzhizat" şirkətinin həbsdə olan keçmiş işçisi, 7 il müddətinə azadlıqdan mərhum edilən Elvin Məmmədli Vilayət oğlunun ailə üzvləri redaksiyamıza müraciət edib. Onun ailə üzvləri və ailə yaxınları isə 32gun.az-a müraciətdə bildirir ki, yalnız Elvin Məmmədlinin məsuliyyətə cəlb olunması doğru deyil. Ailədən gələn məlumatda iddia edilir ki, aqrar sektorda fəaliyyət göstərən bir neçə şirkət var ki, “obnaliçka” (pul silinməsi) əməliyyatı ilə məşğuldur. İddiaya görə, həmin şirkətlər milyonlarla vəsaitin mənimsəməsinə dair faktlar mövcuddur. “Bu barədə müəyyən dövlət qurumlarına da müraciət edilib. Hələ ki, bu müraciətlərin nəticəsi yoxdur.

Ona görə də məsələni icitimailəşdirmək qərarına gəlmişik. Biz demirik ki, Elvin tam təqsirsizdir. Xeyr, onun təqsiri var. Amma təqisir olan tək o deyil”, - deyə müraciət müəllifləri bildirib. Müraciətdə adı hallananlar Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətləridir. Tovuz rayonundan Tağıyev Feyruz oğlu Fariz Tağıyevin adın şirkət açıb. Bu gün Feyruz Tağıyev dövlət işində çalışdığına görə oğlu Fariz Mehdiyev adına şirkət açıb. Qardaşı Çingiz Tağıyev Tovuzda "Qara Bazar" ləqəbi ilə tanınır. Tovuzdan olan Cəfərov Habil, "Aqro lizinq" rəhbəri Cavanşir Əmrahov, Yenə "Aqro Lizinq" şirkətlərinin birində rəhbər postda çalışmış İlham Vəliyev, həmçinin Saniyev Oruc, Qubadan Hakdari Elnur, İmişlidən Hümbət Həsənovdur (Hacı Hümbət ləqəbli). Bütün bu adlarını sadaladıqlarımız şirkət və şəxslər Azərbaycanın kənd təsərrüfatının qənimi kəsilib. Bunların hər biri "şəbəkə" fəaliyyəti göstərirlər. Elvin Məmmədlinin yaxınları iddia edir ki, bu şirkətlər faktiki olaraq qanunsuz fəaliyyətlə məşğuldur. İddialara görə, dövlət vəsaitləri məhz bu şirkətlərin vasitəsilə qaranlıq məqsədlərə sərf edilir: “Rövşənoğlu” şirkətinin təsisçiləri Tural və Turqay Nağızadə qardaşlarıdır. Onların fəaliyyəti niyə araşdırılmır? Elvin günharkardırsa, bu şəxslər ondan daha çox günahkardır. Çox sayda onların qurbanı olan oğullarımız var. Hələ podratçı şirkətlər də var. Araşdırmalar aparılsa, onlar da üzə çıxacaq. Hələ başqa faktlar da var. Təsəvvür edin, torpaq sahələrinə subsidiyalar ayrılıb. Amma həmin torpaqlarda heç bir iş aparılmayıb. Bu dövlət vəsaitinin məniməsilməsi deyilmi? Qanunsuzluq o həddə çatıb ki, dəmyə torpağına belə, susbsidiya ayrılıb.”, - müraciətdə vurğulanır. Müraciət müəllifləri gübrə satışında da qiymətlərin şişirdildiyini bildirir. “Yəni, gübrə real qiymətindən dəfələrlə baha satılır. Məsələn Rusiyada 17 manata satılan gübrə burda 90 manata satılır. Beləliklə, milyonlarla manat vəsait əldə edilir. Bəs nə üçün bu adamlar barəsində heç bir tədbir görülmür? Elvin Məmmədli dərhal həbs edilir, 7 il azadlıqdan məhrum olunur, amma göz qabağında baş verən bu qanunsuzluqlara göz yumulur”, - deyə Elvin Məmmədlinin yaxınları vurğulayıb. "Ölkə başçısı cənab prezidentin kənd təsərrüfatına və inkişafına göstərdiyi diqqət qayğı göz önündədir. Bu danılmaz faktdır. Hər il kənd təsərüfatının inkişafı, rayonlarda və kəndlərdə yaşayan fermerlərin rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən hər il milyonlarla manat subsidiya şəkilində vəsait ayrılır. Həmin vəsaitlərin ayrılması vətəndaşların bu vəsait hesabına gübrə və toxum alaraq kənd təsərrüfatını daha inkişaf etdirmələrinə xidmət edir. Bir qrup dəstə öz cinayətkar əməllərinə davam edir. Ali Baş Komandanın dəstəyinə mane olmağa çalışır. Yuxarıda adı keçənlər nağdsız olan kartlardakı subsidyaları mənimsəyib, müəyyən faiz qismini öz yaxınlarının adlarına açılmış şirkətlər vasitəsi nağdlaşdırırlar" deyə ailə üzvləri vurğulayıb. Qeyd: Ailə üzvləri və Elvin Məmmədli ilə bağlı məsələni redaksiyamıza çatdıran şəxs onun ailə yaxını Vəlizadə Toğruldur.(32gun.az)

Oxunub: 83

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər