Yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslərin məhkəmə işi

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəmə araşdırması başlayıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə prokuror ittiham aktını elan edib.

Zərərçəkənlərə dəyən zərərin müəyyən bir qisminin təqsirləndirilənlər tərəfindən ödənilməsini nəzərə alaraq vəkillər müvəkkilləri barədə seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət təqdim etsələr də məhkəmə bunu təmin etməyib.

Təqsirləndirilənlərə sərbəst ifadə üçün söz verilsə də vaxt məhdudiyyətindən onların ifadələrinin dinlənilməsi növbəti prosesə qalıb.

Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirən “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılaraq istintaqü aparılıb.

İbtidai istintaqla “365TOURISM” MMC-nin rəhbəri Nəcəfov Ruslan İlyas oğlu, “JOBS” MMC-nin rəhbəri Xəlilov Mehrab Nəzər oğlu və “TEMPOTRIPS” MMC-nin rəhbəri Təhməzova Sədaqət Təhməz qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə və saxta sənədlər hazırlamaqla vətəndaşlara xarici ölkələrdə yüksək gəlirli işlə təmin olunacaqlarına dair yalan vədlər verərək 71 şəxsin ümumilikdə 223 min manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov, Mehrab Xəlilov və Sədaqət Təhməzovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilərək, Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Sədaqət Təhməzova barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Eyni zamanda “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” MMC-lər barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 223 min manat maddi ziyanın 105 min manatının ödənilməsi təmin edilib.//unikal

Son xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Bütün xəbərlər