Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?

Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

DogruXeber.tv xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

“Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (Xalq artisti Yusif Eyvazov – red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında yeganə Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan”.

O eyni zamanda iddia edib ki, Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

“Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı suallarımıza “Yalçın Adıgözəlov teatrımızda çalışmır. Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək” cavabı verilib.

Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.//Axşam.az

Son xəbərlər

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Bütün xəbərlər