Bakı–Tbilisi qatar qiymətləri - 40 avro... - Avropada bu qiymətə neçə ölkəyə getmək olar?

Uzun illərdən sonra bərpa edilən Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti açıqlanıb. ADY-nin məlumatına görə, qiymət 81 manatdan başlayacaq.
DogruXeber.tv bildirir ki, Bakı-Tbilisi istiqamətində məsafə təxminən 550–580 kilometr təşkil edir. Bu marşrut həm sərnişin daşımaları, həm də regionlararası iqtisadi və turizm əlaqələri baxımından strateji əhəmiyyət daşıyır. ADY tərəfindən açıqlanan son qiymət siyasəti isə sosial şəbəkələrdə və ekspert çevrələrində geniş müzakirələrə səbəb olub.
Açıqlanan məlumatlara əsasən, Bakı-Tbilisi qatarında plaskart biletlərinin qiyməti 81 manat (təxminən 40 avro) səviyyəsindən başlayır. Kupe və SV vaqonlarının qiymətləri isə hələlik tam açıqlanmayıb.
Əvvəlki illərlə müqayisədə ciddi fərq diqqət çəkir. 2019-cu ilə qədər eyni istiqamətdə:
plaskart: 24–26 manat
kupe: 35–40 manat
SV: 57–60 manat kimi qiymətlər mövcud idi.
Lakin qiymət artımı sosial şəbəkələrdə “kəskin bahalaşma” və “Avropa səviyyəsinə yaxınlaşma cəhdi” kimi müxtəlif reaksiyalar doğurub.
Maraqlıdır, Avropa ilə müqayisə necə görünür?
Bakı-Tbilisi marşrutu ilə oxşar məsafəyə malik Avropa daxili və beynəlxalq qatar xətlərində qiymətlər geniş diapazonda dəyişir. Ümumilikdə Avropada qiymətlər aşağıdakı amillərdən asılı olur:
qatarın sürəti (sürət qatarı və ya klassik qatar),
öncədən bron,
xidmət seçimi.

Təxmini müqayisələr göstərir ki, 250–600 km aralığında Avropa qatar biletləri adətən 20–60 avro aralığında dəyişir. Məsələn, qısa və orta məsafəli Avropa marşrutlarında qiymətlər 20–40 avrodan başlayır, beynəlxalq və yüksək komfortlu xəttlərdə 40–60 avroya qədər yüksələ bilir. Bəzi hallarda yüksək sürətli qatar xətlərində qiymətlər daha yüksək olsa da, burada xidmət keyfiyyəti və sürət əhəmiyyətli dərəcədə fərqlənir.
Bakı–Tbilisi qatar xətti klassik gecə qatarı formatında işləyəcək və səfər müddəti təxminən 9–10 saat olacaq.
Avropada isə eyni məsafələr çox vaxt yüksək sürətli qatarlarla (200–300 km/saat) daha qısa müddətdə qət olunur.

Maraqlıdır, Bakı-Tiflis-Bakı qatarının sütəri 200-300 olacaqmı?
Xidmət hansı səviyyədə formalaşdırılacaq?
Bu qiymətə nələr daxil ediləcək?

Bu səbəbdən müqayisə aparılarkən yalnız qiymətlərin deyil, xidmət səviyyəsi və infrastruktur fərqinin də nəzərə alınmalıdır. Mövzu ilə bağlı ictimai müzakirələrdə əsas diqqət qiymət artımının iqtisadi əsaslandırılmasına yönəlir.

Bəzi ekspertlər hesab edir ki, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və xərclərin artması gələcəkdə qiymətlərə təsir edə bilər. Digər tərəfdən, tənqidçi yanaşmalar isə qiymət artımının əhalinin alıcılıq qabiliyyəti ilə uyğunluğunu sual altına qoyur və region ölkələri ilə müqayisədə fərqin getdikcə böyüdüyünü vurğulayır. Əslində uzun illərdən sonra bərpa edilən bu xidmət çoxları üçün əlçatan olmalıdır./ Bizimesr.com

Son xəbərlər

DSX-nin daha bir əsgəri vəfat etdi

İranda 88 gündən sonra internet qismən bərpa olundu

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Beynəlxalq axtarışda olan türk vətəndaşı Bakıya gətirilir

Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır

Kanada viza müraciətlərinə məhdudiyyət qoydu

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Livanda 24 saat ərzində 150 hədəf vurulub - İsrail açıqladı

Kaja Kallas: "Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq."

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

İspaniyada şok yaradan əməliyyat: Polis Baş nazir Sançezin partiyasına basqın etdi.

Xankəndi məhkəməsinə yeni sədr təyin edildi

Bu rayonlarda investisiya potensialı və biznes fürsətləri" mövzusunda işgüzar görüş keçirilib/FOTO

Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

Hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanıldı

İsrail Qəzzaya endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü iddia edir

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu

İsrailli nazir: “Trampa İranla müqavilə imzalamağa imkan verməyəcəyik”

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

Azərbaycanda bayram namazı qılındı

Özbəkistan 20 milyon sərnişin üçün yeni hava limanı və aviasiya infrastrukturunun genişləndirilməsini planlaşdırır

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Avropa Şurası bu dəfə Azərbaycanı alqışladı

Hacıqabulda oğurluq edən iki nəfər həbs olundu

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Bütün xəbərlər