idman
4.02.2018, 03:08
Qurban Qurbanov: "Futbolçularda fiziki yüklənmə var"

“Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldır".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Mladost"la (Monteneqro) 1:1 hesabı ilə bərabərə qaldıqları sonuncu yoxlama oyunundan sonra deyib.
O, futbolçularının yaxşı mübarizə apardığını bildirib: "Səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”./Teleqraf.com


