gundem
15.02.2018, 11:07
Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-17-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Elmar Məmmədyarovun səfər çərçivəsində Münxen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


