Xırdalandakı atışmaya görə həbs olunanların məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Azər Paşayev sədrlik edib. Prosesdə təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib. Atışmada 47 yaşlı Valeh Nəcəfov Valeh güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 37 yaşlı Qəbələ sakini Xəyal Paşayev isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. O, qarın və qol nahiyələrindən yaralanıb, həyatını xilas etmək mümkün olub.
Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib./virtualaz


