Binəqədidə sakinlər etiraza qalxdı - VİDEO













Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında yaşayan sakinlər aksiya keçiriblər. Onlar Bakı İnşaat MMC-nin 4 binanın həyətindəki istirahət parkını özəlləşdirməsinə etiraz ediblər. Sakinlər deyir ki, 2013-cü ildə ölkə başçısının göstərişi ilə yüksək səviyyədə təmir olunmuş, yaşıllıqları ilə göz oxşayan, bir hektar əraziyə malik park minlərlə ailənin istirahət yeridir. Lakin son günlər parkın ərazisinin özəlləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

Bakı İnşaat MMC-nin rəhbəri Zakir Quliyev sakinlərlə görüşərək bu ərazinin artıq ona məxsus olduğunu və parkın ləğv edilərək yerində yaşayış binası tikiləcəyini bildirib. O əlində məhkəmə qərarının olduğunu iddia edərək ərazinin ona məxsus olduğunu bildirib. Bu isə sakinlərin etirazına səbəb olub. Onlar sona qədər mübarizə aparacaqlarını və parkın ərazisini iş adamına güzəştə getməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı musavat.com-un müxbiri hadisə yerində olub. 50-dən çox sakin binanın həyətində toplaşaraq bu qanunsuzluğa son qoyulmasını tələb edib. Qarşı tərəfin nümayəndələrinin də orada olması mübahisənin daha da qızışmasına səbəb olub. Sakinlər böyük bir mikrorayonun əsas parkının hansısa şirkətə satılmasını absurd adlandırıb, iş adamını seçkiöncəsi müddətdə təxribat yaratmaqda ittiham ediblər.

Məhkəmədə işə baxan 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədov sakinlərlə söhbətində bildirdi ki, hər iki tərəf prosesə cəlb olunaraq dinlənəcək və daha sonra parkın taleyi ilə bağlı qərar veriləcək./sonxeber.az


Son xəbərlər

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Bütün xəbərlər