gundem
21.02.2018, 19:57
"Diqqət: Sabah bu ərazilərin suyunu kəsəcəklər"

Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə
əlaqədar 22 fevral 2018-ci il tarixində gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


