gundem
22.02.2018
Bakıda müəllimin qız şagirdinin açıq-saçıq görüntülərini yaydığı iddia edildi

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.
dogruxeber.tv report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə
təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli o
lduğunu qeyd edib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
"Report" məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.


