dunya
2.03.2018
Səudiyyə Ərəbistanında bu qadağa 30 ildən sonra ləğv edildi

Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi 30 illik qadağadan sonra martın 1-dən etibarən kinoteatrlara fəaliyyətin bərpası üçün lisenziyalar verməyə başlayıb.
dogruxeber.tv-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında kinoteatrların fəaliyyətinə qadağa 1980-ci illərin əvvəlindən qoyulub. Ölkə vətəndaşları kinoya baxmaq üçün əsasən Bəhreynə üz tuturdular.
Məlumata görə, ölkədə 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi planlaşdırılıb. Filmlərin ciddi senzuradan keçiriləcəyi gözlənilir.
@dogruxeber.tv
Şikayətiniz varsa Whatsapp 070 289 62 69


