http://olke.az/uploads/1488789284-9737.png













“Vaxtilə “Azərbaycan dili” əvəzinə “Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində “Azərbaycan dili” dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.
Komitə sədri qeyd edib ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir:
“Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir”.
A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib:
“Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”./Ölkə.Az
dogruxeber.tv

Oxunub: 979

Son xəbərlər

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Bütün xəbərlər