Ağsaqqalın kitabındakı 3 primitiv səhv





xeber –
Lap əvvəldən beynimizə yeridilib ki, böyüklər heç vaxt səhv eləməzlər, onların atdığı hər bir addım doğrudur, düzgündür. Əgər bir gənc bir ağsaqqala qarşı çıxırsa, onun bir sözünü iki eləyirsə, deməli, tərbiyəsi yoxdur, deməli, o gəncin islah olmağa böyük ehtiyacı var. Mən bu əxlaqı və mənəviyyatı dəfələrlə öz həyat yollarımda müşahidə eləmişəm, görmüşəm, şahidi olmuşam.
Məsələn, yaxınlarda bir içki məclisimiz oldu. Təxminən, 10-15 nəfər oturmuşduq, hamısı bilmədiyi elmlərin akademikləri, bilmədiyi mövzuların yazıçıları, ağsaqqal elm və mənəviyyat adamları idi. Mən də təsadüfən həmin məclisə düşmüşdüm. Orta məktəb şagirdi kimi qolumu qolumun üstündə cütləyib qocaman şəxsiyyətlərin söhbətlərinə qulaq asırdım. Hərdən onların məntiqsiz mülahizələrinə yüngülcə ilişir, söz atırdım, onlar da gülürdülər. Onlar güldükcə mən atmacalarımın dozasını artırırdım. Təbii, bu cəsarətimdə içkinin də rolu olmamış deyildi.
Birdən ağsaqqal yazıçılardan biri dözmədi, mənə dedi:
– Bala, uşaqsan, bizdən öyrən, sonra danışarsan. Sənin söz deməyə hələ haqqın yoxdur.
Söz mənə pis təsir elədi və sinəmi irəli verib yarızarafat, yarıciddi ona dedim:
– Ağsaqqal, istənilən kitabınızı verin, onun istənilən səhifəsini açın, bir vərəqdə 10 səhv tapım. Məclisdə oturan dilçi alimlər, akademiklər də görsün, düz deyirəm, yoxsa düz demirəm?
Bu dəfə isə qocaman yazıçı pərt oldu və stolun üstündən bizə hədiyyə gətirdiyi kitabından birini mənə uzadıb dedi:
– Buyur.
İnanın, mən qələminə, istedadına bələd olmadığım adam haqqında heç vaxt bu şəkildə hökm vermərəm. Haqqında danışdığım adam da əminəm ki, hər cümləsində quş buraxan, cümləni hiss eləyə, duya bilməyən mənasız bir yazıçıdır. Amma hər şeyi var: fəxri adlar, titullar, orden və medallar, ev, bağ, villa, cild-cild kitablar və s.
Çox böyük arxayınlıq hissi ilə kitabın təsadüfi bir səhifəsini açdım, oxumağa başladım. Fikir verin, kişi hekayədə yazmışdı ki, “hirsindən başına qan sızdı”. Dedim, başa yox, beyinə qan sızar. Sonra yazmışdı ki, “heç vaxt uşağı olmayan sonsuz kişilər…” Dedim, bunun birini yaz, ya sonsuz, ya da heç vaxt uşağı olmayan. Çünki ikisi də eyni mənanı ifadə edir. Daha sonra yazmışdı ki, qapını aralayıb içəri girdi. Dedim, qapını aralayıb içəri girməzlər, qapını aralayıb içəri baxarlar, yaxud, qapını aralayıb kimisə güdərlər… və s.
Axırda da yüngülcə bir söz atdım, dedim ki, gərək kitabınızın adını “Səhv” qoyaydınız. Təbii, kefim xeyli yaxşı idi.
Məclisdə hamı gördü ki, düz deyirəm, amma yenə də məni danladılar. Biri dedi ki, qələt eləyib səni bu məclisə dəvət elədim. O biri qayıtdı ki, bu uşağın xasiyyəti belədir, mətbuatda gündə bir hoqqa çıxarır, ağzına gələni yazır, işi-gücü ağsaqqal şair və yazıçılara söz atmaqdır. Mən isə başa düşdüm ki, daha onlarla deyişməyin yeri yoxdur. Çünki sözümü demişəm və gözümün qabağında hiss edirəm ki, məclisdə bir az da otursam, ağsaqqal yazıçının özü demişkən, başına qan sızacaq. Qorxdum ki, ölüb-eləyər, qanı üstümdə qalar. Ona görə də qəflətən ayağa qalxdım.
– Ağsaqqal, günah məndə deyil, amma üzr istəyirəm, – dedim.
Və badəni də götürüb məclisi tərk elədim…/axar.az




@dogruxeber.tv

Oxunub: 744

Son xəbərlər

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Bütün xəbərlər