hadise
10.03.2018, 12:19
Binədə qanlı hadisə

Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbədə müvəqqəti yaşayan Naxçıvan MR-nın sakini, 1988-ci il təvəllüdlü Heydərov Orxan Mənsim oğlu öz həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı 2-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İki bıçaq zərbəsi alan 30 yaşlı gənc ilkin dindirilmə zamanı hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. Polis bölməsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən digər Naxçıvan sakini yaxalanıb.
Toplanmış materiallar cinayət işinin başlanması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndəriləcək.
@dogruxeber.tv


