Göyçayda ara qarışdırmaq istəyən kimdir?







…Bir Allah bilir ki, Göyçayın İcra başçısı Mehdi Səlimzadəni şəxsən tanımırıq, hansısa nümayəndəsinin üzünü belə görməmişik, amma rayondan daxil olan şikayət ərizələrini kiçik ixtisarla dərc etmişik. Həmin yazılar qəzetin rəsmi saytında indi də durur

Bunu niyə deyirik. Adətən, hansısa şikayəti dərc edib sonra qarşı tərəfin mövqeyini təqdim edəndə şikayətçi tərəf qara-qura fikirlərə düşür və bu qənaəti bizim işgüzar nüfuzumuza xələl gətirən, xoşa gəlməyən hal sayırıq. Bu məsələdə bircə əlavəmiz var ki, ən azından bu şikayətnamələri təşkil edənlər həmin yazıların saytdan silinmədiyini də bilirlər.

Bizim isə bilmək istədiyimiz odur ki, ötən şikayətlərdə elektron poçt istifadəçisinə yazmışdıq ki, əlaqə nömrəsi yazın, nə isə anlaşılmaz fikir olarsa, məsləhətləşək. Lakin qarşı tərəfdən xəbər çıxmadı…

İki gün əvvəl də fərqli bir şikayət daxil oldu. «Göyçay rayon sakinləri imza toplamağa başlayıblar» başlıqlı və «Göyçay rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət məktubu yazılıb» yarımbaşlıqlı yazını yazıb göndərənə də yazdıq ki, «Xahiş edirik, əlaqə telefonu yazın. Çünki ötən yazıya İcra başçısı aparatından təkzib gəlib ki, imzalar saxtadır, Göyçayda elə adamlar yoxdur...» və s. Bu dəfə də məktub göndərəndən xəbər çıxmadı.

Açığı, bizim üçün bu məktubun kim tərəfindən göndərilməyini öyrənmək indiki texnologiyanın imkanlarını işə saldıqda, sadə bir şeydir… Amma biz heç bir halda mənbəni kiməsə demirik, deyə də bilmərik. Jurnalist etikası buna imkan vermir… Amma yaxşı, ikinci, beşinci… dəfədir eyni məzmunlu şantaj və böhtan dolu (başqa ad qoymaq mümkün deyil) yazı yazılır, imza qoyulmur, əlaqə saxlamağa ünvan yox… İndi hörmətli oxucu desin, bu şantaj deyil?
Biz də bilirik ki, bu şikayətnamələri yazdıran tamamilə başqa adamlardır… Kimliyini yəqinki icra başçısı da bilir. Amma indi Mehdi Səlimzadə neyləsin: anonimşiklərin «milli kimliyini» araşdırsın, yoxsa rayonun başdan aşan qayğıları ilə məşğul olsun?! Halbuki rayonlardan ciddi-imzalı şikayət məktubu daxil olub, əməkdaşımız öz xərci ilə (hər şey Sovet dövründə qalıb) vurub rayona gedib, problemi araşdırıb, həll edib və Allahın da, şikayətçinin də yanında üzü ağ olub.

İndi bu qara-qura işlə məşğul olanlar niyə özlərinin imzasını deyil, Babayeva Dursun Ramiz qızının, Əliyeva Dilşad Faiq qızının, Sadıqov Camal Kamil oğlunun, İsmayılov Novruz Sabir oğlunun, Həsənova Nüşabə Allahverdi qızının, Məmmədov Zeynal Cavanşir oğlunun, Qasımov Azər Soltan oğlunun və Xəlilov Orxan Ərəstun oğlunun imzasını yazırlar. Sonra da məlum olur ki, bu imzalar saxtadır, rayonda belə adam yoxdur.

Sonda: bu anonimşiklərə müraciət edirik: imzanızı təqdim edin, telefon nömrənizi yazın, bu şikayətinizi dəqiqləşdirib olduğu kimi verək. Əks halda, belə şantaj və ya qarayaxmaların axırı yoxdur/fia.az

@dogruxeber.tv

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər