dunya
17.03.2018
Qərb sahilində İsrail hərbçilərinə hücum: Ölənlər var

Qərb Sahilinin şimalında fələstinli gənc avtomobili qəsdən hərbçilərin üzərinə sürərək 2 nəfərin həyatına son qoyub.
dogruxeber.tv xəbər verir ki, bu barədə BBC İsrail ordu komandanlığına istinadən məlumat yayıb.
Ölənlərdən biri zabit, digəri sıravi əsgərdir.
Daha iki hərbçinin xəsarət aldığı insident Fələstinin Mevo Dotan qəsəbəsində qeydə alınıb.
Hücumu həyata keçirən şəxs hadisə yerindən qaçsa da, sonradan İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İnsidentlə bağlı araşdırma davam edir.


