Bayramınızın qara gəlməsini istəmirsinizsə…










Sürücülər unutmasın ki, müəyyən fraqmentlər çıxılmaqla ölkəmizdə 90 km/saat-dan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın.

dogruxeber.tv axar.az-a istinadən bildirir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov xüsusilə bayram günlərində yollarda baş verən qəzalarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, yollarımızda ən təhlükəli qayda pozuntuları yüksək sürət, yanlış ötmələr və başqa lazımsız sərt manevrlərdir:

"Qarşıdan bir həftəlik bayram və istirahət günləri gəlir. Təcrübə göstərir ki, məhz belə davamlı istirahət günlərində yollarda qəzaların sayı artır. Respublika əhəmiyyətli yollarda avtomobillə uzaq səfərlər intensivləşdiyindən ağır qəzalar da çoxalır. Bunun baş verməməsi üçün çox diqqətli və intizamlı olmaq lazımdır. Heç vaxt təhlükəsizliyinə əmin olmadığınız ötmə və başqa manevrlərə yol verməyin.

Unutmayın ki, müəyyən fraqmentlər çıxılmaqla, ölkəmizdə 90 km/saatdan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın. Əgər belə yolu tam təcrid edib yalnız bir sürücüyə versələr, orada 250 km/saatla da sürmək olar, amma real həyatda heç vaxt belə olmur".

Hüquqşünas bildirib ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Belə hallara isə bölgələrlə Bakını birləşdirən yollarda rast gəlinir:

"Yaz vaxtı duman və çiskin daha çox olur, ona görə də həmişə şəraitə, xüsusən görünmə məsafəsinə uyğun sürət seçin və lazımsız manevr etməyin.

Müşahidələr göstərir ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Bu aqressiyanın da əsas mənbələrindən biri bir-birimizə xoş olmayan münasibətimiz, qarşılıqlı hörmət və etimadın olmamasıdır. Yorğun halda yola çıxmaq çox təhlükəlidir. Əgər normal istirahət etməmisinizsə, risk etməyin, ani yuxulama həyatınızı alt-üst edə bilər.

Sərxoş vəziyyətdə sürmə isə ümumiyyətlə yolverilməzdir, həmişə ziyanlıdır: cəriməsi böyük, cəzası ağır, fəsadları da təhlükəlidir".

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər