hadise
22.03.2018, 18:57
Bayram günü qayınatasını öldürdü

Qayınatası Şirzad Əmənovu qətlə yetirmiş Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.
Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib.
Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.
R.İsmayılov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb./sonxeber.az


