bolge
23.03.2018, 19:27
Özünü 4-cü mərtəbədən atan şəxs sağ qaldı

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib
Hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov özünü yaşadığı 4 mərtəbəli binadan ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.
@dogruxeber.tv


