Moskvada azərbaycanlı ekspertlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışı ermənilərin narazılığına səbəb olub














Moskvada Avrasiyanın gənc liderlərinin III Forumu keçirilib.Gənclər ekstremizmə və radikalizmə qarşıdır" adı altında keçirilən forum Rusiya Dövlət Humanitar Universitetində (RDHU) baş tutub.


"Şimal-Cənub" Politoloji Mərkəzinin təşkilatçılığı, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən tədbirdə Birlik ölkələri və Gürcüstandan 100-dən çox nümayəndə heyəti iştirak edib.


Azərbaycanı tədbirdə Milli Məclisin deputatı Rasim Musabəyov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəçilik kafedrasının müəllimi, politoloq Zaur Məmmədov, «TheGreatMiddleEast» internet nəşrinin baş redaktoru, siyasi ekspert Əli Hacızadə və Azərbaycan Dillər Universitetinin müəllimi, professor Məmməd Əliyev təmsil edib.


Plenar iclası giriş sözü ilə açan RDHU-nun postsovet ölkələri kafedrasının dosenti Alkesandr Quşin Foruma olan yüksək maraqdan danışıb. Gənclərlə sistemli işin önəmini vurğulayan natiq radikal əhval ruhiyyədən əziyyət çəkən cəmiyyətlərdə bu problemin aktuallığını qoruyub saxladığını söyləyib.


RDHU-in fəxri prezidenti, tarix elmləri doktoru, professor Yefim Pivovar çıxışında ektremizm və radikalizm təhlükəsinin qlobal xarakter aldığını söyləyib. O, Avrasiya dövlətlərinin gənclərini müasir aktuaı çağırışlarla mübarizədə səyləri birləşdirməyə çağırıb: "Gənclərin ektremizmə və radikalizmə qarşı mübarizəsi güzəştsiz və birlikdə olmalıdır. Əgər bu proses nəzarətdə saxlanılmasa, gərginlik azaldılmasa o zaman gənc nəslin sadəcə olaraq gələcəyi olmayacaq. Ona görə ki, ekstremizm və radikalizm bütün cəmiyyətlərin müsbət və yaradıcı inkişafına zidd olan bir hadisədir. Bu vəzifənin öhdəsindən gəlmək üçün gənclər birləşməlidir. Bəli, bu gün hər bir ölkənin öz milli maraqları, prioritetləri var, hansı ki, buna hörmət olunmalıdır. Lakin ümumi təhlükə, çağırış da var. Bunun üçün potensialın birləşdirilməsi tələb olunur".


Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov gənclər təşkilatlarının və gənc liderlərin resurslarının aktivləşdirilməsinin vacibliyinə diqqəti yönəldib: "Gənclərin həyatı dolu olmalıdır. Mədəni doldurmaq üçün işləmək gənc insanlara maraqsızdır. Cəlbedici ideyalar birbaşa gənc nəslin arasından doğmalıdır. Gəncləri dəstəkləmək lazımdır".


Forum çərçivəsində keçirilən işgüzar sessiyalarda gənclər arasında ekstremizm və radikalizm ideyalarının yayılmasına yardım edən faktorlar barədə müzakirələr aparılıb.


Forum çərçivəsində "Avrasiya məkanında təhlükəsizlik: reallıq, problemlər və perspektivlər" adlı dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov dəyirmi masada "Azərbaycan gənclərinin ekstremizm və radikalizm problemlərinə baxışı" mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda gənclər arasında radikalizmlə bağlı ürəkaçan vəziyyət prezident İlham Əliyev tərəfindən həyata keçirilən ideoloji və xarici siyasətin effektivliyindən xəbər verir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bügünki Azərbaycan gəncliyində iz qoymadan keçməyib. Azərbaycan gəncləri günahsız qurbanların, milyondan çox qaçqın və məcburi köçkün, uzun müddət informasiya blokadası, beynəlxalq vasitəçilərin ikili standartları, BMT və ATƏT-ni passivliyi barədə məlumatlıdırlar".


Politoloqun fikrincə, gənclər arasında destruktiv ideyaların yayılması transsərhəd xarakteri daşıyır: "Rusiya və Azərbaycan üçün bu ümumi problemdir. Bu problemi ancaq təkcə güc strukturların deyil, vətəndaş cəmiyyətinin qeyri-hökumət təşkilatlarını, təhsil müəssisələrinin, ekspert cəmiyyətlərinin və KİV-lərin birgə əməkdaşlığı ilə həll etmək olar".



Dağlıq Qarabağ münaqişəsi mövzusuna Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq mərkəzinin direktoru, professor Məmməd Əliyev də toxunub. O bildirib ki, hazırda müharibənin davam etməsinə baxmayaraq azərbaycanlı gənclər qonşuya nifrət bəsləmirlər, onlar öz tolerantlığını qoruyub saxlaya biliblər.


Tədbirdə iştirak edən Ermənistandan gələn nümayəndə heyəti bu zaman azərbaycanlı ekspertin məruzəsinə maneə olmağa çalışıblar. Onlar hətta tədbirin təşkilatçılarına Azərbaycan tərəfinin çıxışından şikayət ediblər. Bildiriblər ki, Azərbaycan tərəfi forum meydançasını öz mövqelərini səsləndirmək üçün istifadə etməyə çalışır. Lakin erməni tərəfi istəyinə nail ola bilməyib.


Forum öz işini seksiyalarla davam etdirib./apa

Moskvada azərbaycanlı ekspertlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışı ermənilərin narazılığına səbəb olub

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər