iqtisadiyyat
30.03.2018, 09:45
Qara qızıl bahalaşdı

Martın 30-da dünya birjalarında neft qiyməti bahalaşıb.
dogruxeber.tvxəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar və ya 0,82% artaraq 64,91 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar və ya 0,84% bahalaşaraq 69,34 dollar olub.


