Azərbaycan ordusunun hərbi qulluqçuları məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər – FOTO





Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi tədbirləri çərçivəsində məşəllərlə Quba rayonunun Digah kəndinə – “Qanlı dərə”yə yürüş ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər veirr ki, 100 il öncə ağır döyüşlərin getdiyi və burada yaşayan müsəlman əhalisinin daşnak-bolşeviklərə qarşı əsl qəhrəmanlıq, şücaət nümunələri göstərdiyi “Qanlı dərə”də keçirilən anım mərasimində soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.



Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani çıxışında bildirib ki, 1918-ci ilin baharında daşnak Stepan Şaumyanın göstərişi ilə toplar və pulemyotlarla silahlanmış qoşun hissələri Qubaya yeridilmiş, qaniçən Hamazaspın ermənilərdən ibarət quldur dəstəsi şəhəri mühasirəyə alaraq əhaliyə amansız divan tutub. Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azəri türkləri, ləzgilər, qrızlar, buduqlar, ceklər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışıb və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olublar. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının biri-birinə qarışdığı müqəddəs bir məkandır.

Nəzərə çatdırılıb ki, 1998-ci il oktyabrın 3-də x Heydər Əliyev prezident seçkiləri ərəfəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftixar hissi ilə qeyd edib ki, “Qanlı dərə”də 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın ediblər.



Qafqaz Müsəlmanları İdarəsinin Digah dini icmasının sədri, din xadimi Fərzalı Mirzəxanov “Qanlı dərə” döyüşləri haqqında nənə-babalarından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşüb və əcdadlarımızın qəhrəmanlıqlarının bu gün də şərəflə davam etdirildiyini qeyd edib. O, turist marşrutunda yerləşən bu yerdə memorial muzeyin və xatirə abidə kompleksinin yaradılması vaxtının artıq çatdığını bildirib.

Artıq 40 ildən çoxdur ki, “Qanlı dərə” döyüşlərinin tədqiqatı ilə məşğul olan və bu barədə yüzlərlə sənəd, foto və xatirələr toplayan əmək veteranı Rafiq Mirzəyev Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və kənd əhalisinin adından minnətdarlıq edib. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, erməni daşnaklarının təcavüzünün qarşısının alınmasında Qusarın ləzgi əhalisi də əsl fədakarlıqlar göstərib. “Qanlı dərə” erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə Qusar şəhərində möhtəşəm abidə ucaldılıb. Biz qusarlılar fəxr edirik ki, həmyerlilərimiz Hatəm ağa Cağarvi, Möhübəli Əfəndi Kuzunvi və onlarla digər qəhrəman babalarımızın da adı “Qanlı dərə” qəhrəmanlarının sıralarındadır.



Şəhid Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin direktoru Mənsur Hacıyev Quba qırğınları tarixinə ekskurs edərək 1918-ci ildə Quba qəzasının 162 kəndinin dağıdıldığını, bunlardan 27-sinin əhalisi ilə birgə yandırıldığını, 16 mindən çox müsəlmanın, həmçinin Digah kəndinin əhalisinin bütövlüklə qətlə yetirildiyini, o vaxtlar mövcud olan üçmərtəbəli Digah məscidinin yerlə yeksan edildiyini bir daha xatırladıb. M.Hacıyev qətiyyətlə bildirib ki, bu gün də hər bir əli silah tutan digahlı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.

Müdafiə Nazirliyinin zabiti polkovnik Etibar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Digah inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Feyruz Əhmədov, mayor Abakar Hacıyev və başqaları çıxış edərək gənc nəslin vətənpərvərlik tərbiyəsində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində tarixi qəhrəmanlıq ənənələrindən bəhrələnməyin, ata-babalarımızın keçdikləri şanlı döyüş yolunun öyrənilməsinin böyük əhəmiyyətini xüsusi qeyd ediblər.

Hərbi qulluqçuların məşəllərlə “Qanlı dərə”yə yürüşü din xadiminin soyqırımı qurbanlarının, şəhidlərin ruhuna oxuduğu dualar və yürüş iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Biz gəlirik, Qarabağ!” çağırışları ilə başa çatıb.

Azərbaycan ordusunun hərbi qulluqçuları məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər – FOTOAzərbaycan ordusunun hərbi qulluqçuları məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər – FOTO

Son xəbərlər

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Bütün xəbərlər