hadise
3.04.2018, 14:12
Bakıda sanatoriya yanır - SON DƏQİQƏ

Bakının Pirşağı kəndində yerləşən "Gilavar" sanatoriyasında yanğın başlayıb.
dogruxeber.tv xəbər verir ki, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb.
Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


