hadise
2.02.2018
Bakıda yaşayış binası yanır

Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakupost.az bildirir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb.


