Müğənnilərimizin “Youtube” saxtakarlığı – Milyonlara inanmayın…

















Son illər “Youtube”da akitvləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyon aşması müşkül məsələdir.

Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.

Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, “fake” baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçilər ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər.

“Qafqazinfo” İT mütəxəssislərin köməyi ilə “YouTube analytics”ə müraciət ediblər. Rəsmi cavabda baxış sayı 1 milyonu aşan yerli məşhurların real göstəriciləri ortaya çıxıb.

Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil –Sevinc Səfərovaların son təqdim etdikləri “Dərdin nədir” layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir.



Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın “Fırtına” klipi də “fake”dir. Belə ki, “Youtube”ə 3 milyon 991 min 987 min göstəricisi olan ekran işini,əslində, 836 min 791 nəfər izləyib.



Miri Yusif də bu yola əl ataraq “Oyna” klipində baxış sayını artırıb. Belə ki, layihənin “Youtube”ə izləyicisi 2 milyon, 254 min, 161 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 73 min 21 nəfərdir.



Ən çox “fake” izləyici toplayan müğənnilərdən biri Şəbnəm Tovuzludur. Onun “Sevdiyim adamdır” klipinin real baxış sayı 819 min 308 nəfərdir. Lakin “Youtube”da 3 milyon 327 min 496 nəfər göstərir.



Böyük fanat kütləsi olan Talıb Tale də bu üsula əl atıb. Belə ki, sənətçinin “Balım” klipi sosial şəbəkədə 9 milyon 690 min 980 nəfər göstərir. Lakin klipin real baxış sayı 3 milyon 104 min 890 nəfərdir.



Bundan əlavə, 1 milyondan artıq real baxış toplayan məşhurlar da az deyil.

Xalq artisti Aygün Kazımovanın “Sus” (1.253.491), əməkdar artist Röya Ayxanın “Səndən başqa” (1.740.800 baxış sayı), Günay İbrahimlinin “Ürəyimin qatili” (1.055.598) mahnıları, Nadeer, Rəhim Rəhimli və Ramil Nabranın “Basdalama” duetləri (6.365.473) real baxışlardır.


















Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər