120 ölkənin XİN rəhbəri Bakıda toplaşdı













Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi; Qarabağla bağlı mühüm mesajlar verildi

Aprelin 5-də Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı start götürdü. Tədbirin ilk günündə 120 ölkənin naziri iştirak edib. Konfrans iki gün davam edəcək.

Toplantıda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edib. Musavat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev tədbirə gəlib və qonaqlarla hərarətlə görüşüb, onlarla foto çəkdirib. Daha sonra konfrans öz işinə start verib.

“Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev konfransdakı çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: “Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə multikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək”.

İ.Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: “100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklərlə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımıza yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük”.

Azərbaycan prezidenti tədbirdə iştirak edən bir çox ölkələrin nazirlərini qəbul edib və ölkəmizin Qoşulmama Hərəkatında yerindən, eləcə də quruma üzv ölkələrlə Azərbaycanın yaxın əlaqələrindən danışıb.

Keçirilən səsvermədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı nazirlər konfransının sədri seçilib. Eyni zamanda Azərbaycanın hərəkatın sammitinə ev sahibliyi edəcəyi də məlum olub.

“Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir”. Bunu konfransındakı çıxışı zamanı Azərbaycan XİN rəhbəri deyib.

Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir: “BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Bir çox təşkilatlar tərəfindən bu mövqe dəstəklənib. Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan ”status-kvo" heç zaman qəbul edilməyəcək".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT-də islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyir: “Belə olan halda, BMT üzvlərinin üçdə ikisinin də səsi eşidiləcək və hörmət ediləcək. Münaqişələrin həlli nəinki həmin regionlar, eləcə də bütün dünyada sabitliyə gətirib çıxarır”. “Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq” - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: “Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu cür mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir: “Yüzlərlə ölkənin xarici işlər naziri Bakıdadır, ayrıca xeyli ikitərəfli görüşlər keçirilib ki, bu da ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır. Azərbaycan Qərbə qarşı nə Rusiyanın, nə də Rusiyaya qarşı Qərbin yanında dayanmaq istəyir. Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu da rəsmi Bakı üçün vacibdir”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər