Türkiyə-Rusiya-İran üçlüyünə qarşı Səudiyyə-İsrail -ABŞ bloku yaradılır













“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi üçün İrana qarşı ittifaqda köhnə düşmənçiliklər, hətta dini fərqliliklər arxa plan keçir; Səudiyyənin gələcək kralı bunun üçün Fələstini İsrailə satmağa belə, hazırdır”
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərq kartlarını qarışdırmaq niyyətindədir. Bütün bunların nəyə gətirib çıxara biləcəyi Almaniyanın “Tagesspiegel” qəzetinin icmalçısı Tomas Zaybertin məqaləsində qələmə alınıb.

“Gələcək kral artıq tələsməlidir. 32 yaşlı ibn Salman ölkəsini neft asılılığından qurtarmalı və əsas düşməni İranla regional mübarizəyə girişməlidir. Bunun üçün ona ABŞ və İsrail kimi nüfuzlu tərəfdaşlar lazımdır. Yəhudi dövlətini tanıyan Səudiyyəli bir vəliəhdin olması faktının özü Yaıxn Şərqdə yeni eranın başlanğıcına işarədir. Lakin burada söhbət hələlik sülhdən deyil, bölgədəki yeni blokdan gedir”, - məqalədə qeyd olunur.

Müəllifin fikrincə, şahzadə bütün etdiklərinin müqabilində ABŞ-ın tam dəstəyinə bel bağlayır: “Məhəmməd ibn Salman İsraillə birlikdə hərəkət etmək planını Ər-Riyadda deyil, ABŞ-a rəsmi səfərində bəyan edib. Buraya o, “2030-cu il mənzərəsi” adlı islahatlar layihəsinə sərmayə cəlb etmək üçün gəlib. İbn Salmanın dediyi kimi, İsraillə müttəfiqlik ABŞ-ın indiki rəhbərliyinin ən böyük planlarından biri sayılır”.

T.Zaybert D.Tramp və İbn Salmanın regional problemlərlə əlaqədar demək olar ki, bütün məsələlərdə həmfikir oduğunu yazır. Məsələn, şahzadə Yaxın Şərqin “şər üçlüyü”nə İran, Müsəlman Qardaşları, habelə Əl-Qaidə və ya İŞİD kimi terror təşkilatlarını aid edir. Salman bu trioya Türkiyəni də daxil etməyi unutmur.

Lakin ABŞ-ın Səudiyyə Ərəbistanının arxasında durduğu bir vaxtda Türkiyə, İran və Rusiya prezidentləri Türkiyədə görüşüblər. Bununla da bölgədə “soyuq müharibə”dən bu yana qüvvələrin düzülüşü qətiləşib: “Bu bloka qarşı Salman da öz ittifaqını qurmaq niyyətindədir. Buraya Körfəz ölkələrindən əlavə Msir, İordaniya və İsrail daxil olunacaq. Dini fərqliliklər artıq arxa plana keçəcək. Lakin bunu üçün Ər Riyadın qarşısında şahzadənin kosmetik hesab etdiyi bir əngəl - Fələstin var. Trampın planına görə, fələstinlilərin dövləti ola bilməz, onlar İsrailin protektoratı altında yaşaya bilərlər. Yeni şahzadə buna çoxdan razı olmuş kimi görünür. Lakin onun atası, kral Salman ibn Əbdüləziz klassik variantda, yəni iki ayrı dövlətin mövcudluğunda israr etməkdə davam edir”.

Şərhçinin fikrincə, əgər şahzadənin mühafizəkar rəqibləri Ər Riyadda üstünlük əldə etsələr, bu alyans indidən bitmiş sayılır.

“Vəliəhd şahzadənin yeni planları hər bir halda, Yaxın Şərqdə hər şeyi qarışdırmağa və İranla müharibənin başlanmasına yönəlib. Çətin ki, bu bölgədə sülh və əmin-amanlığı gətirə bilsin”, - müəllif fikrini yekunlaşdırıb.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər