Seçkidən sonra Nazirlər Kabineti ləğv olunacaq













Nazirlər Kabinetinin daha bir səlahiyyəti əlindən alınıb. Belə ki, qurum “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib. Əgər əvvəllər dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdisə, dəyişikliyə əsasən, artıq bu halda hökumət prezidentlə razılaşdırmaqla bu addımı ata bilər.
“Yeni Müsavat”ın yazdığına görə, mövcud qaydaya görə, dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət NK ilə razılaşdırmaqla dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdisə, dəyişikliklə bu sahədə də NK-nın səlahiyyəti ləğv olunub.
Qeyd edək ki, bundan əvvəl də Kabinetin bir sıra səlahiyyətləri alınmışdı. Bu proses cəmiyyətdə qurumun ləğv olunacağı ilə bağlı müzakirələrə səbəb olub. Bir sıra tanınmış politoloqlar NK-nın tamamilə ləğv olunaraq səlahiyyətlərinin birinci vitse-prezident institutuna verilməsini təklif edirlər. Bir qrup ekspert isə qurumun ləğvini deyil, ciddi dəyişikliklər aparılmaqla dinamik bir struktura çevrilməsinin tərəfdarıdır.

İqtisadçı-ekspert qəzetə açıqlamasında Natiq Cəfərliyə görə, sərt prezident üsul-idarəsi olan ölkələrdə NK olmur: “Yəni belə bir quruma ehtiyac qalmır.
Azərbaycanda son referendumdan bəri qarışıq bir sistem mövcuddur. Anlaşıqlı deyil ki, səlahiyyət bölgüsü necə olacaq. Çünki artıq referendumda qəbul olunmuş vitse-prezidentlik institutu var. Ona görə də çox qarışıq bir sistem yaranıb. Nazirlər Kabineti doğrudan da analitik bir quruma çevrilməkdədir.
Vitse-prezidentlik institutları yaradılacaq və prezidentin birbaşa idarəçiliyi altında ayrı-ayrı sahələrə nəzarət edəcəksə, o zaman Nazirlər Kabinetinin funksiyası nədən ibarət olacaq – bu, anlaşılmır. Ona görə də sərt vertikal üsul-idarəsi olan respublikalarda Nazirlər Kabinetinin yeri olmur. Məsələn, Amerika kimi ölkədə Nazirlər Kabineti formatında bir qurum yoxdur. O boyda dövlətdə 15 federal nazirlik var. Bizdə isə nazirlik və nazirlik statusunda olan dövlət qurumlarının sayı 40-dan yuxarıdır. Azərbaycan kimi kiçik ölkə üçün bu, həddən artıq çoxdur. Eyni zamanda paralel strukturlar mövcuddur. Məsələn, “ASAN xidmət” yaradıldı, onun icra etdiyi funksiyalar bir sıra dövlət qurumlarında da qalıb”.
N.Cəfərli, ümumiyyətlə, Azərbaycanda parlamentli respublikanın yaradılmasının tərəfdarıdır: “Bu respublikada Nazirlər Kabineti geniş funksiyaları olan əsas quruma çevrilməlidir. Lakin reallıq budur ki, artıq bizdə oturuşmuş prezidentlik üsul-idarəsi var. Çox böyük səlahiyyətləri olan prezidentlik üsul-idarəsi varsa, o zaman Nazirlər Kabinetinin yeri görünmür bu sistemdə. Birinci vitse-prezidentlə bağlı hər şey aydındır: səlahiyyət və funksiyaları qanunlarda əksini tapıb. Lakin digər vitse-prezidentlərlə bağlı belə aydınlıq yoxdur. Onlarla bağlı say məhdudiyyəti də nəzərdə tutulmur konstitusiyada. Bu halda onlar da təyin olunacaqsa, onlar müxtəlif sahələrdə icra strukturlarının başında dayanacaqlarsa, bu zaman nazirlər nə edəcək, Nazirlər Kabineti nə işlə məşğul olacaq? Düşünürəm ki, 11 aprel seçkilərindən sonra əsas müzakirə mövzusu məhz bu suallar ətrafında olmalıdır. Bu məsələdə həlledici söz, əlbəttə, prezidentə məxsus olacaq”.
Ekspertin fikrincə, son qərarı da nəzərə almaqla, seçkilərdən sonra Nazirlər Kabinetinin kiçildilmiş və daha aşağı səlahiyyətli quruma çevriləcəyi daha realdır: “Onun tamamilə ləğv olunacağını gözləmirəm. Bu qurum konstitusiyada nəzərdə tutulan qurumdur. Onun ləğv olunması üçün yenidən referendum keçirilməlidir. Düşünmürəm ki, seçkilərdən dərhal sonra yenidən referenduma gedilsin”.

İqtisadçı-ekspert, Sosial İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələnin konstitusiyaya uyğun həll olunmasının gərəkdiyini deyir: “Amma bütövlükdə götürdükdə, ölkədə vitse-prezidentlik institutu yaradılıbsa, idarəetmə sistemi ona uyğunlaşdırılmalıdır. Müasir dünyada vitse-prezidentlik institutunun fəaliyyət göstərdiyi ölkələr var. Həmin ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətinə ehtiyac azalır. Azərbaycanda da vitse-prezidentlik insititutunun gücləndirilməsinə ehtiyac var. Bu, həm də islahatların səmərəliliyini artırmaq, çevikliyi təmin etmək baxımından zəruridir. Hazırda ölkədə mövcud olan dövlət qurumlarının fəaliyyətinin çevik əlaqələndirilməsinə, sistemli fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac duyulur. Bu gün ayrı-ayrı dövlət qurumlarının, bütövlükdə hökumətin fəaliyyətini qiymətləndirən zaman bizim ən çox təklif etdiyimiz məqamlardan biri dövlət qurumlarının fəaliyyətinin effektiv əlaqələndirilməsidir. Ona görə də belə bir əlaqələndirmənin yaradılması üçün vitse-prezidentlik institutunun gücləndirilməsinin, iqtisadi islahatlara nəzarətin bu instituta verilməsinin tərəfdarıyıq”.



Seçkidən sonra Nazirlər Kabineti ləğv olunacaq

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər