Zakir Həsənov prezident seçkiləri ilə bağlı göstərişlər verdi












Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.

Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Z.Həsənov bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər