1 manatlıq “dönər+ayran”nın keyfiyyətinə kim zəmanət verir?










Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5 manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1manat - 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq "ayran+dönər”lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır

Hərçənd Qida Təhlükəsizliyi Agentliyi rəsmi yaydığı açıqlamada bu barədə quruma hər hansı şikayət daxil olmadığını açıqlayıb. Hətta dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddialarını əsassız hesab edir.

Məsələ ilə bağlı modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qiymət fərqinin ciddi məqamlardan xəbər verdiyi qənaətindədir:

"Bizim istəyimiz qiymətlərin əhalinin cibinə uyğunlaşdırılmasıdır. Amma ətin qiymətinin baha olduğu bir vaxtda içi ətlə dolu çörəyin, üstəgəl ayranın ümumilikdə 1 manata satılması və məhsulun keyfiyyətli olması inandırıcı görünmür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən mundar at, eşşək ətlərinin müsadirə olunduğunu görürük. Demək hüquq mühafizə orqanlarına yaxalanmayanlar həmin ətlərdən öz məqsdələri üçün istifadə edirlər. Ələ keçirildikləri halda isə cəmi 200 manat cərimə ödəməklə işlərini etdirirlər”.

Hüquq müdafiəçisi bildirib ki, dönərxanaların əksəriyyəti sertifikatla təmin olunub:

"Bu sahədə özbaşınalıqdır. Kimə, necə gəldi sertifikatlar verilib. 3 il bundan əvvəl dönərlərin standartı hazırlanmılşdı. Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir”.

Son xəbərlər

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Bütün xəbərlər