Soyuna-soyuna əməkdar artist olan Röya – Keçmişdən bu günə – FOTOLAR, VİDEO 18 +
















Soyuna-soyuna əməkdar artist olan Röya Hazırda məşhur olanların keçmişi barədə məlumatlar bir çoxlarını maraqlandırır

Xüsusilə şou-biznes sahəsində fəaliyyət göstərənlərin əvvəlki illərə aid görüntüləri ictimaiyyətin diqqətini çəkir. Sosial şəbəkələrdə və ya mediada onlar barədə foto, həmçinin video yer alarkən müzakirələ səbəb olur. Qaldı ki, şou-biznes nümayəndələrinin keşməkeşli yolu haqqında yazıya olan marağa…

Keçmişi çoxlarına maraqlı olan məşhurlardan biri də az qala toxunulmaz statusu alan müğənni Röya Ayxandır. Röya şou-biznesin elə bir nümayəndəsidir ki, onun barədə kitab yazmaq olar. Amma… Məsələ burasındadır ki, onun keçmişi barədə yazılan kitabda hansı sözlər ardıcıl düzüləcək?

Əvvəlcə kiçik bənzətmə ilə Röyanın ilk səhnəyə gəlişini xatırlayaq. Əcaba, bu gün mənasız açıqlamaları, soyunmağı, ekzotik söyüşləri ilə gündəmdə qəhrəmancasına qalmağı bacaran Naz Mila əməkdar artistin keçmişini yada salırmı? Yox desək haqsızlıq olar. İndi təsəvvür edin, Naz Mila gəlib əməkdar artist olur. Olsa təəccüblənmək də düz olmaz. Oxuya bilməsə də, texnologiyadan istifadə edib bir-iki mahnı ifa etsə, rahatlıqla o “müqəddəs” titula sahib çıxar.

Texnologiyada söz düşmüşkən, Röya çətin zəmanədə özünü hələ blutuz vasitəsilə mobil telefonlarda yayılan məşhur “Kənan, atova de, şap-şap-şap” videosu ilə məşhur etmişdi. Bunun özü də böyük ideya, qabiliyyət, bacarıq, düşüncə və s. tələb edir.

Hə, bizim Röyamız belə maraqlı yol keçib, indi kimin hünəri çatır ona söz desin.

Bu yaxınlarda əməkdar artistin “Maşın şou”ya qonaq kimi qatılarkən işlətdiyi sözlər və özünəməxsus hərəkətini əks etdirən görüntülər yayıldı. Videoda “Uzanım altına?” söyləməsi, “soyunum?” deyib paltarını qaldırması yer alıb.

Belə çıxışları, hərəkətləri, rəftarları ilə insanların ürəyinə “yol tapan” Röya “toxunulmaz” vaxtlarına gəlib çatıb. Müğənni hətta nüfuzundan istifadə edib jurnalistlərdən birini əməlli-başlı təhqir və təhdid etdi. Axı, jurnalist kimdir ki, o boyda Röyaya söz desin. Bir zaman çılpaq şəkilləri ilə məşhurlaşan əməkdar artist hətta bu fotolarının yayılmasına qadağa qoydu. Bununla yanaşı, müğənni telekanalların birində internetdə yayılan şəkillərini aradan qaldırmaq üçün bütün qüvvəsini sərf edəcəyini dedi.

Röya Ayxan bu qalmaqallı vəziyyətlərdən baş açıb ailə qurmağa da vaxt tapdı. O, bir vaxtlar böyük mağazalar şəbəkəsi olan “Çudo Peçka”nın rəhbərinin oğlu Anar Cəlilovla nikaha girdi. Görünür, müğənni onun müflis olacağından xəbər tutub. Elə Anarın əlindən milyonların çıxmasına az qalan ərəfədə onunla boşandı. Məlumata görə, Röyanın qaynatası ona bağışladığı evi olanlardan sonra geri alıb.
Soyuna-soyuna əməkdar artist olan Röya
Müğənni barəsində xırda nüansı da diqqətinizə çatdırmaq istərdik. Belə ki, bir neçə il öncə yeni il bayramı ərəfəsində “Space TV”nin efirində yayımlanan “Qış nağılı” tamaşasında hamamda epizodik kisəçi rolunu ifa etdiyini yəqin ki, xatırlayanlar olar. Lakin +18 şəkillərinin və videolarının əksəriyyətini internetdən yox elətdirdiyi kimi, bu görüntüləri də tapmaq mümkün olmadı.

Əməkdar artistin necə məşhurlaşmağı, məşhurlaşandan sonra qarşısındakını necə əzməyi barədə kiçik məlumatlarla sizi tanış etdik. “Ağac bar verdikcə, başını aşağı əyər” atalar sözü onun heç kitabından yanından keçmir. Əşşi, ağac normal qanunauyğunluqla bar verib ki, başını da aşağı əysin?!…

Hə, bir də biz çox unutqan millətik. Vaxtı ilə Röyanı etdiyi hərəkətlər görə söyənlər indi onu baş tacı edir, alqışlayırlar. Bu gedişlə, Naz Milanı da təhqir və tənqid edənlər göylərə qaldıracaqlar./fia.az


Soyuna-soyuna əməkdar artist olan Röya – Keçmişdən bu günə – FOTOLAR, VİDEO 18 +


Oxunub: 1 419

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər