“Bıçağı gətirim, başını kəsim, qan içmək istəyirəm” — Yeni doğulan körpəsinin ölümünə səbəb olan atanın həyat hekayəsi











Hamilə həyat yoldaşına işgəncə verdiyinə görə həbs olunan 30 yaşlı Elşad Mədətov Ali Məhkəməyə müraciət edib

Cinayət məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadına işgəncə vermə) maddəsi ilə məhkumluq həyatı yaşayan Şirvan sakininin məhkəmə prosesinə hakim Fərhad Kərimov rəhbərlik edəcək.

Xatırladaq ki, ötən ilin aprel ayında Şirvan sakini, 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib.

Ü. Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

İttiham aktında göstərilib ki, Ü. Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.

Ümumiyyətlə, evlilikdən sonra qadın əri tərəfindən mütəmadi döyülüb. Hətta qayınanası tərəfindən də zorakılığa məruz qalıb. Toydan sonra məcburi başını bağlatdırıblar. Ailəsi ilə görüş, gediş-gəliş və telefon danışıqları məhdudlaşdırılıb. Həmin gün hadisənin mahiyyəti belə olub ki, qayınanası fen istəyib, gəlin eşitməyib. Gecə əri başlayıb qadını döyməyə...

Daha çox qarın nahiyəsinə və başına zərbələr yetirilib ki, uşaq sağ qalmasın. Döyəndən sonra isə “bıçağı gətirim, başını kəsim, qan içmək istəyirəm, çoxdandır qan içmirəm” kimi ifadələr səsləndirib. Döyüləndən sonra qadının sancıları tutub, hardasa 15-16 saat ağrıdan əziyyət çəkib. Buna baxmayaraq tibbi xidmətə istiqamətlənməyib. Sadəcə, anasına zəng ediblər ki, gəlib qızını aparsın. Onu isə qapının ağzında oturdublar, içəri buraxmayıblar. Ana qızını evə aparandan sonra görüb ki, vəziyyəti yaxşı deyil. Həkimə çatdırılan zaman qadının doğuş prosesi başlayıb və uşaq sağ qalmayıb.

Baş həkimin sözlərinə görə, doğuşdan sonra uşağın qabırğa hissəsində göyərmə var idi. Ana bətnində döyüldüyünə görə izi qalıb. Qızın bədənində göyərti yoxdur, sadəcə, qolunda və dizində göyərmə izləri var. Əri sonra xəstəxanada dava salıb ki, arvadı ilə görüşmək istəyir.

Hətta deyib ki, arvadı onu bağışlayacaq. Qız həddən artıq qorxu içindədir. Ona deyiblər ki, uşağı doğandan sonra onu əlindən alacağıq və səni də dördüncü mərtəbədən atacağıq. Hamiləliyin bütün dövrünü sarsıntı içində keçirib.

Qızın qohumları ehtimal ediblər ki, ər tərəfin hansısa dini sektaya bağlılığı var: “Qayınanası da başıbağlıdır və hər gün harasa gedirmiş”.\olkə.az



dogruxeber.tv

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər