"Evinin qabağında döyüb, pulunu aldıq" - Sabunçuda quldur dəstə tutuldu













Bakıda quldurluqla məşğul olan dəstə üzvləri saxlanılıblar.

Bakı şəhər sakini olan Taleh Həşimov Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat verərək bildirib ki, aprelin 4-də paytaxtın Sabunçu rayonu Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yaşadığı evə gedərkən 3 nəfər naməlum şəxs onun qarşısını kəsərək döyüb və cibində olan 3000 manat pulu ələ keçiriblər.

Məlumat Sabunçu Rayon Polis İdarəsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ceyhun İsmayılov, Murad Əliyev və əvvəllər məhkum olunmuş Həmid Allahverdiyev saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib. Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

Həmid Allahverdiyev (saxlanılan şəxs):"Kafedə oturmuşdum. Birinin üstündə pul görüb, dostuma zəng vurdum. Dostum gəldi, kişini izlədik və evin qabağında vurub pulunu aldıq. 2700 pulun 1000-i mənə, 1000-i Ceyhuna, 700-də Murada çatıb".

Ceyhun İsmayılov (saxlanılan şəxs):"Həmid zəng elədi, getdik. Kişini izlədik, üçümüz də onu döyüb pulunu aldıq".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu RPİ-yə müraciət edə bilərlər.



dogruxeber.tv

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər