Prezident İlham Əliyevin andiçmə mərasimi keçirildi - Vətənə, xalqa və dövlətə sədaqət andı - VİDEO

Bu gün prezident İlham Əliyevin aniçmə mərasimi keçirilib. Mərasimdə çıxış edən dövlət başçısı ona göstərilən böyük etimada görə Azərbaycan xalqına minnətdarlığını bildirib və qarşıda duran vəzifələrdən habelə görüləcək işlərdən geniş bəhs edib.
Prezident İlham Əliyev fəxri kortejin müşayəti ilə andiömə mərasiminin keçirildiyi Milli Məclisə gəlib.
Dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediyi tədbirdə prezident İlham Əliyev alqışlarla qarşılanıb.
Dövlət bayrağıı və Azərbaycan Prezidentinin ştandartı gətirdildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dövlət başçısını and içmək üçün səhnəyə dəvət edib. Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib.
Dövlət himni səsləndirildikdən sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi.
Sonra Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Daha sonra isə prezident İlham Əliyev geniş nitq söyləyib. Çıxışına seçkilərdə ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına təşəkkür edərək başlayan dövlət başçısı gücünü məhz bu dəstəkdən aldığını bildirib.
Bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini deyən prezident bildirib ki, seçicilər görülən işlərə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs verib. Seçkilərin şəffaf və ədalətli keçdiyini vurğulayan prezident seçki qabağı keçirilən sorğuların və seçki günü keçirilən exit-polların nəticələrinin də bunu sübut etdiyini bildirib. Son 15 il ərzində görülən işlərdən bəhs edən prezident bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik və xalq-iqtidar birliyi dayanır. Dövlət başçısı bildirib ki, son 15 ildə Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib və bütün azadlıqlar təmin edilib.
Prezident bu illər ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunduğunu bildirib. Seçki kampaniyasında namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səsləndirilməsini alqışaldığını deyən dövlət başçısı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacağını və dəyərli təkliflər nəzərə alınacağını açıqlayıb. Və bütün namizədlərə təşəkkürünü bildirərək onlara faliyyətlərində uğurlar arzulayıb. Dövlət başçısı çıxışında anti milli qüvvələrlə də bağlı fikrini bildirib.
Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını deyən prezident İlham Əliyev qonşu ölkələrlə qurulan sıx münasibətin əhəmiyyətini xüsusi qeyd edib. İkitərəfli əlaqələrlə yanaşı Azərbaycanın təşəbbüsü ilə çoxtərəfli əməkdaşlıq formatının böyük əhəmiyyət daşıdığını deyən prezident bütün ölkələrin bundan faydalandığını bildirib. Prezident bildirib ki, aparılan uğurlu xarici siyasət Dağlıq Qarabağ münaqişəsi konteksində də Azərbaycanın mövqeyini gücləndirib. Azərbaycan bütün dünyaya öz haqlı mövqeyini qəbul etdirib. Prezident bildirib ki, hazırda dünyada güc faktorunun ədalətin önünə keçdiyini bildirib. Elə buna görə də Azərbaycan ordu quruculuğuna daim böyük diqqət göstərir. Azərbaycan bu gün güclü ordu formalaşdırıb və şanlı aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayyiş etdirib. Bu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik deyən prezident Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzinə çevrildiyini deyib.
Prezident İlham Əliyev əldə olunan ssosial-iqtisadi uğurlardan da geniş bəhs edib. Bildirib ki, son 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Yoxulluq 5,4 faizə, işsizlik isə 5 faizə düşüb. Prezident bildirib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşların rifahının yüksəldilməsi üçün islahatlar davam edəcək.
İqtisadi cəhətdən güclü olan dövlətlər müstəqil siyasət yürüdə bilir deyən prezident bildirib ki, indi Azərbaycan tam müstəqil bir dövlətdir. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollara çatıb.
Ölkə iqtisadiyyatının əsas hissəsini neft-qaz sektorunun təşkil etdiyini deyən dövlət başçısı bildirib ki, həyata keçirilən böyük layihələr Azərbaycanı dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Kontraktların yenilənməsi habelə cənub qaz dəhlizi kimi meqa layihələrin reallaşması ilə Azərbaycan daha böyük gəlirlər əldə edəcək.
Prezident İlham Əliyev bildirib ki, həyata keçirilən böyük nəqliyyat layihəlrinin sayəsində Azərbaycanın hazırda tranzit mərkəzində çevrilməkdədir. Nəqliyyat infrastrukturunun yənilənməsi eyni zamanda əhalinin də rahatlığını təmin edir.
Prezident idman, turizm, və digər sahələrdə görülən işlərdən də geniş bəhs edib. Bildirib ki, qazanılan naliyyətlər ölkəmizin müsbət imicinin möhkəmlənməsi ilə bərabər ölkəyə çoxlu sayda turistin cəlb olunması baxımından da böyük əhəmiyyət daşıyır. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik deyən dövlət başçısı bildirib ki, növbəti illərdə görüləcək işlərlə bağlı hər bir sahə üzrə konkret proqramlar mövcuddur. Bunun icrası üçünsə güclü siyasi iradə, böyük maliyyə resursları var.
Prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə fəxri xiyabana gəlib ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Dövlət başçısı və ailə üzvləri daha sonra şəhidlər xiyabanını ziyarət ediblər. Prezident Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında da olublar.
Burada Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb. mərasim Fəxri qarovul dəstəsinin təntənəli keçidi ilə yekunlaşıb.


