dunya
19.04.2018
Türkiyədə 160 kiloqram heroin ələ keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Adana şəhərində ağır tonnajlı yük maşınından 160,7 kiloqram heroin ələ keçirib.
dogruxeber.tv azertac-a istinadən xəbər verir ki, narkotik maddə yük avtomobilinin yanacaq çənindən aşkar olunub. Sürücü saxlanılıb. İstintaq aparılır


