Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

















"Forbes Russia" 15-ci dəfə Rusiyanın ən zəngin iş adamlarının reytinqini açıqlayıb.
"APA-Economics" adıçəkilən nəşrə istinadən xəbər verir ki, 2017-ci il ərzində 200 rusiyalı biznesmenin sərvəti 25 mlrd. dollar artaraq 485 mlrd. dollara çatıb.
Ümumilikdə, rusiyalı milyarderlərin sayı 96-dan 106-ya yüksəlib.
Təhlil göstərir ki, 2016-cı ildə olduğu kimi ötən il ərzində də ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu dəfə reytinqə Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin başçılıq edir. Onun sərvəti 19,1 mlrd. dollara çatıb. "Severstal"ın sahibi Aleksey Mordaşov isə 18,7 mlrd. dolarla ikinci pillədə qərarlaşıb.
Bundan əvvəlki reytinqdə lider olan "Novatek" və "Sibur" şirkətlərinin həmtəsisçisi Leonid Mixelsonun sərəti 400 mln. dollar azalıb. Bununla da L. Mixelsonun 18 mlrd. dollarlıq sərvətlə reytinqin 3-cü pilləsinə yiyələnib. 2016-cı ilin yekunlarına əsasən 14,5 mlrd. dollarlıq sərvətlə 5-ci pillədə yer alan həmyerlimiz "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov 2017-ci ildə sərvətini 16,4 mlrd. dollara çatdıraraq 4-cü pilləyə yüksəlib. Qeyd edək ki, Ələkbərov həm "Lukoil" şirkətinin prezidenti, həm də səhmdarıdır (23%). İl ərzində sərvətini artıra bilməyən Gennadi Timçenko reytinqin 5-ci pilləsindədir. Qeyd edək ki, Mixelson kimi Timçenko da "Sibur" neft-kimya kompleksinin səhmdarıdır.
Vahid Ələkbərovla yanaşı digər həmyerlilərimiz də həmişə olduğu kimi reytinqdə yer alıblar. Belə ki, Rusiyanın "daşınmaz əmlak kralları”ndan hesab olunan Zarax İliyev və Qod Nisanov 3,3 mlrd. dollarla 36 və 37-ci pillələri paylaşıb. "Crocus Group" şirkətlər qrupunun təsisçisi və rəhbəri Araz Ağalarov 2007-ci ildə sərvətini 1,8 mlrd. dollara çatdıraraq 54-cü pillədə yer alıb. Fərhad Əhmədovun sərvəti isə dəyişməyib. Bununla o, 1,4 mlrd. dollarlıq sərvətlə 67-ci pillədən 69-cu pilləyədək geriləyib.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər