Faciə: Tovuzda aprel qazisi özünü asdı








2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib

Aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.

Xəbəri virtualaz.org-a Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.

“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Biz xəbəri dünən eşitdik, əməkdaşlarımız yas yerində olublar, dəfndə iştirak ediblər. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.

Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib: “Yaxınlarından öyrəndik ki, ötən ilin aprel ayında da intihar etmək istəyibmiş. Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.

İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

F. Abdiyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. O, aprel döyüşlərində də böyük şücaət göstərib. Döyüşlərdə Fazilin bir neçə döyüş yoldaşı şəhid olub, onun özü ağır yaralanıb. Fazili şəhid olan əsgərlərin arasında ağır yaralı halda tapıblar. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Ordudan tərxis olunandan sonra Fazil Abdiyev rayona qayıdıb, mülki işdə işləməyə başlayıb. Tovuz sakinlərindən aldığımız məlumata görə intihar hadisəsi evdə heç kimin olmadığı vaxtda baş verib. Belə ki, dünən aprelin 19-da səhər saatlarında Fazilin atası və qardaşı iş dalınca evdən çıxıblar. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb.

Fazil Abdiyev intihardan bir neçə gün əvvəl qonşularına deyibmiş ki, yoldaşlarının ölümü ona pis təsir edib. O, döyüş yoldaşlarının ölümü ilə barışa bilmirmiş.

Deyirmiş ki, "``Niyə onlar öldü, mən ölmədim’’. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...``-Tovuz şəhəri üzrə İcra Nümayəndəliyinin rəhbəri Yaşar İbrahimov deyib. Onun sözlərinə görə, Fazil çox sakit, təmkinli, tərbiyəli, eyni zamanda cəsur gənc idi, tanıyanların hamısı onun hörmətini saxlayırdı...

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər