Paytaxtda “allahsızcasına” qiymət artımı: Əllərinə fürsət düşüb
















Bakı hotellərində ifrat qiymətlər: bir gecəyə yüksək vəzifəli məmurun bir aylıq maaşını ödəməli
Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. “Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində Bakıdakı hotellərin qiyməti qəflətən bahalaşıb. Ekspertlər qeyd edirlər ki, hotellər “kral yarışları”ndan gələn faydadan sui-istifadə edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu günlərdə paytaxtın brend hotellərində bir gecə keçirməyin qiyməti min manat və ondan bahadır.

“Dövlət hotellərin qiymət siyasətinə təsir edə bilməz”
2018-ci ilin “kral yarışları” Azərbaycanda 27-29 aprel tarixlərində keçiriləcək. Yarış trassının yerləşdiyi ərazidə olan hotellərdə bir gecə keçirmək istəyən şəxs, prestijli vəzifələrdə işləyən azərbaycanlının bir aylıq maaşı qədər pul ödəməlidir.

“Hilton Baku”nun adi nömrələrində bir gecə qalmağın qiyməti 26-30 aprel tarixlərində orta hesabla 900 manatdır. Lakin iki və daha çox adamlıq nömrə götürmək istəyən daha çox vəsait ödəməli olacaq.

“Hilton Baku”nun qarşı tərəfində yerləşən “JW Marriott Absheron Baku”da isə, əvvəlcədən nömrə sifariş etməyənlər 800 manat ödəmək məcburiyyətindədirlər. “Park Inn By Radisson Baku Hotel”də isə yarışların keçirildiyi günlərdə qiymətlər rəqiblərindən cüzi aşağıdır — bir nəfərlik nömrə 774 manat civarında.

“Kral yarışları”nın keçirildiyi mərkəzi rayondan nisbətən aralıda yerləşən hotellərdə isə qiymətlər sözügedən hotellərdən 1,5-2 dəfə ucuzdur.

Haqqında bəhs etdiyimiz rəqəmlər hotellərin “online” bronlama sistemindən götürülüb. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi isə Sputnik Azərbaycan-a bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçirildiyi zamanlarda hotellərin qiymətlərinin qalxması təbiidir.

Orta əsrlərin lüks hotelləri belə idi
“Bu, təkcə Azərbaycanda müşahidə olunmur. Digər ölkələrdə də, nəinki “Formula-1″ zamanı, eləcə də digər idman yarışları, futbol çempionatları kimi irimiqyaslı tədbirlər zamanı qiymətlərin qalxması tendensiyası müşahidə edilir. Odur ki, bizdə də qiymətlərin qalxması kifayət qərəd normal haldır” — deyə Dübəndi bildirib.

O, bununla yanaşı, bir sıra hotellərin vəziyyətdən sui-istifadə edərək qiymətləri “allahsızcasına” qaldırdığını da istisna etməyib: “Belə iş adamları isə həm öz bizneslərinə, həm də Azərbaycanın imicinə zərbə vururlar. Çünki belədə xarici turistlər ölkəmizə səyahətdən narazı qala bilərlər”.

“Biz bununla bağlı öz fikirlərimizi çatdırmağa çalışırıq. Lakin ictimai təşkilatı təmsil etdiyimiz üçün onlara qarşı başqa heç bir təsir mexanizmimiz yoxdur” — deyə ekspert təəssüflə bildirib.

Dübəndi qeyd edib ki, Azərbaycanda hotelləri ulduzlara görə dərəcələrə ayırmaq, ixtisaslı kadrların hazırlanmasına diqqət yetirmək və azulduzlu hotellərin sayını artırmaq lazımdır: “Ölkədə bir qədər ucuz olan iki və üç ulduzlu hotellər seqmentini inkişaf etdirməyə ehtiyac var”.

“Bu gün Bakı və ölkənin digər yerlərindəki hotellərdə çox az nömrələr var. Biz ölkəyə gələn bütün turistlərin tələbatlarını ödəyə bilmirik. Bakıdakı hotellərin əksəriyyəti beş və dörd ulduzlu otellərdir. Hotel qiymətərinin belə baha olması da bununla əlaqədardır” — ekspert vurğulayıb.

Son xəbərlər

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

Bütün xəbərlər