Barda tanış olduğu qıza görə adam vurdu – “Siyah-beyaz”dan başlayan cinayət













Barda tanış olduğu qıza sataşan şəxsi vuran gənc hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində barda qıza sataşan oğlana ağır xəsarət yetirməkdə təqsirləndirilən İslam Yusifovun məhkəməsi keçirilib. Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda yazılır ki, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən “Siyah-beyaz” gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb və əsəbləşib. Bundan sonra K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib və mübahisə ediblər. Daha sonra o, Kamili izləyib və Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K.Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

Məhkəmədə ifadə verən İ.Yusifov özünü qismən təqsirli bildiyini deyib: “Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Mən də içkili idim, Elnarə də… Kamil bir neçə dəfə qıza yaxınlaşdı, o, “otval” verdi. Sonra da qızın yaxasından tutdu, yaxınlaşıb ona dedim ki, bu, nə hərəkətdir, edirsən. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. İndi Kamillə barışmışıq”.

Prosesdə zərərçəkmiş K.Cəlilov iştirak edib.

O, isə ifadəsində İ.Yusifovun yalan danışdığını deyib: “Mən qıza cəmi bir dəfə yaxınlaşdım. Bu oğlan klubda qızla bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik. Mən səhərə yaxın saat 5-də evə getdim. İçkili idim deyə bir az binanın həyətində dayandım ki, özümə gəlim. Siqaret çəkəndə kimsə məni arxadan vurdu, nə ilə vurduğunu da görmədim. Məni İslamın vurduğunu da görmədim. Sadəcə istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü”.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. (Musavat.com)

Son xəbərlər

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Bütün xəbərlər