Zaur Baxşəliyevin reklam etdiyi həkim saxtakar çıxdı  foto
















Ötən gün Baş Prokurorluq dərrman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.
dogruxeber.tv xəbər verir ki, Minval.İnfo-nun əldə etdiyi məlumata görə, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.
Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar.
O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Bu yolla da özü üçün yaxşı gəlir əldə edib. Əldə etdiyi bu gəlirlərlə də efirdə jestlər edib, verilişə sponsor olub. Ataların bir sözü var, “Qaz gələcək yerdən toyuq əsirgənməz”.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər götürülüb. Bundan başqa onların əməlləri dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Qeyd edək ki, toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.




Zaur Baxşəliyevin reklam etdiyi həkim saxtakar çıxdı  foto


Zaur Baxşəliyevin reklam etdiyi həkim saxtakar çıxdı  foto


Zaur Baxşəliyevin reklam etdiyi həkim saxtakar çıxdı  foto

Son xəbərlər

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Bütün xəbərlər