Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR













Bu gün görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, "Şöhrət" ordenli akademik Rəfiqə Əliyevanın I Fəxri xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.

Görkəmli alimin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərdiyini, analitik kimya sahəsində ilk qadın akademik kimi elmi məktəb formalaşdırmağa nail olduğunu, bu məktəbin yetirmələrinin hazırda kimya elminə öz töhfələrini verdiklərini vurğulayıb. Akademik Rəfiqə Əliyevanın böyük nəslin layiqli nümayəndəsi olduğunu deyən rektor onun kiçikdən böyüyə hamıya - tələbələrə, müəllimlərə, tədqiqatçılara xeyirxah münasibətilə fərqlənən gözəl insan kimi xidmətlərindən danışıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, millət vəkili Elmira Axundova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, millət vəkili Rəfael Hüseynov, Azərbaycanın əməkdar memarı Rasim Əliyev, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı Natiq Əliyev çıxış edərək akademik Rəfiqə Əliyevanın dəyərli alim, xeyirxah insan kimi əməllərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.

Sonda mərhumun ailəsi adından çıxış edən qızları - Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva mərasim iştirakçılarına təşəkkür ediblər. Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il mayın 6-da ömrünün 85-ci ilində vəfat edib. Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub.

O, 2001-ci ildən yaradıcısı olduğu Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasına rəhbərlik edib. Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib./Unikal.org

Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR
Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR
Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər