“Mən Təhsil Nazirliyində işləmirəm” – Elxan Məmmədov













AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– “Xəzər” klubu I Divizionda çempionu oldu. “Səbail”, “Kəpəz” və “Zirə” də Premyer Liqaya gələndə çatışmazlıqlar var idi. Bu komandalar arasında faciəvi fərq varmı?

– O komandalarda çatışmazlıqlar yox idi. Bu gün arxivləri də açıb sizə təqdim edə bilərik. Həmin komandalarda sənədlər var idi. Sənədlərin 80-90 faizi qaydasında olanda İcraiyyə Komitəsinə təqdim olunur, komitə isə məsuliyyəti öz üzərinə götürür ki, güzəştə gedək. Amma sənədlər heç olmayanda heç bir hərəkət etmək mümkün deyil. Sənədlərin 10-20 faizi təqdim olunanda bu, bizim üçün təhlükədi. Biz hazırda Premyer Liqanın vəziyyətini stabilləşdirdik. Biz komandanın sayının az olduğunu bilirik. Bu 8 komanda stabil komandalardır. Artıq onların təməli var. Uşaq komandaları, infrasturukturları var. Bəzilərinin bazaları da mövcuddur. Ona görə də biz sənədlərə diqqətlə yanaşmalıyıq ki, gələn komanda o təməli pozmasın. Həmin təməllə gəlsin. Komanda yarandı, Birinci Divizionu çempion olaraq başa vurdu, amma sənədləri və gələcək planları təqdim etmədən Lisenziyalaşdırma və İcraiyyə Komitəsi istisna təqdim eləsə, sonra bunun arxasında durmaq lazımdı. Biz istəmirik ki, çempionat 7 komanda ilə davam etsin. Əvvələr biz bunu gördük. Bəzi klublıar çemnpionatın ortasında futbolçulara maaşları da verə bilmirdilər. Amma biz bank əmanətləri tələb etməsəydik, həmin futbolçular maaşsız qalardı. 3 ay ərzində onları var gücü ilə oynamağa heç kim məcburt edə bilməzdi. Biz sənədləşdirmə işlərinə diqqətlə yanaşırıq. Lisenziyalaşdırma şərtlərini pozmamağa çalışırıq. Əvvəlki təcrübə göstərdi ki, biz bunu risk edə bilmərik. Çünki hazırda Premyer Liqada olan mübarizə, rəqabət. Son iki turda da ədalərli oyunun – feyr-pleyin şahidi olduq. Sübut olundu ki, komandalar müstəqil şəkildə fəaillət göstərir və təməli olan komandalardır. Siz tək Premyer Liqaya baxmayın. Həmin komandaların nəznində uşaq komandalarına baxın. 8 komandanın hamısı mütəmadi olaraq bütün uşaq liqalarında təmsil olunur. I Divizionda isə bu yoxdur. Həmin çempionatda hərdən-bir oyuna gəlirlər. Texniki məğlubiyyətlər olur. Lakin Premyer Liqada biz görürük ki, komandalar çox məsuliyyətlidirlər. Ümumiyyətlə işlərinə məsuliyyətli yanaşırlar. AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, klubların infrasturukturları da yaxşılaşdırılır sünü ot örtüyündən təbii ota keçir. Əvvələr bizə təkan lazım idi. Qadınlar arasında dünya çempionatı bizə təkan verdi. Həmin çempionatda süni otda oyunlar oldu. Artıq həmin stadionların ot örtüyün dəyişməyə başlamışıq. “Dalğa Arena”da da dəyişdirdik. Digər stadionlarda da dəyişdirdik. Yeni təbii ot örtükləri quraşdırılır. İyul ayında “Zirə” klunun da meydançasında da yeni təbii ot örtüyu AFFA tərəfindən quraşdırılacaq. Bu İcraiyyə Komitəsinin iclasında da müzakirə elədik. “Keşlə” klubunun infrastrukturu müəyyən olunandan sonra ordakı ot örtüyü də dəyişdiriləcək.

– “Kəpəz” Premyer Liqanı tərk edir və “Sabah” gəlir. Bölgələrin futboldan uzaq qalması nə dərəcədə doğrudur?

– Əslində biz də istəyərdik ki, daha çox bölgə futbolu inkişaf etdirilsin. İcraiyyə Komitəsi bunu maksimum edir. Birinci Divizion buna sübutdur. Buna maliyyə də ayrılıb. Bu gün baxsaq görərik ki, bölgə komandaları AFFA tərəfindən maliyyələşdirilir. Biz hazıda müəyyən edə bilmərik ki, Premyer Liqada hansı komanda iştirak edəcək. I Divizionda özünü maliyyələşdirən komandalar var. Onlar Bakını təmsil edirlər. Biz deyə bilmərik ki, gedin bölgəni təmsil edin. Komanda yaradılanda bölgədə yaradıla bilərdi. Klublar davamlı olmalıdır. 1-2 mövsümlük yox. İcraiyyə Komitəsi bizə tapşırdı ki, I Divizionda yeni komsepsiya təqdim edək. Orda şübhəli oyunların sayı artır. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Araşdırma gedir. Biz ordakı olan xəstəliyi təmizləməliyik.

– “Sabah” klubunun sizə yaxın olduğu deyilir…

– “Sabah” klubunun təməli var. O əslində “Vətən” klubudur. Onun təməli, ifrastrukturu “Vətən” klubunda qurulub. Bildiyiniz kimi, “Vətən” klubu uşaq futboluna xidmət edir. “Vətən” klubu olaraq, Bu klub Təhsil Nazirliyi tərəfindən tam dəstək görür. Bütün yaş kateqoriyalarında “Vətən” klubunu görə bilərsiniz. Öz yarışları da var. Mən Təhsil Nazirliyində işləmirəm. AFFA-da çalışıram. Bütün klublara yaxşı münasibətimiz var. Peşəkar münasibətimiz var. Lisenziyalaşdırma şərtlərini klub təqdim edirsə, Mən yalandan necə deyim ki, təqdim etmir. Təqdim edib. Digərləri isə təqdim etməyib. Digərləri təqdim ediblərsə, gətirsinlər o sənədləri bizə göstərsinlər. Sənədləri qəbul edəndə imzalayıb qəbul edirlər. Kopyasını isə qaytarırıq. Heç kim dəyə bilməz ki, biz subyektiv yanaşırıq. Bu klublarla fərdi olaraq görüşmüşəm. Hər şeyi soruşmuşam. Maliyyə mənbəyi, infrastuktur, uşaq futbolu, və s. Təəəssüf ki, şifahi cavab da ala bilmədik. Nəinki yazılı.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər