Azərbaycanda satılan günəbaxan tumları Çernobıldan gətirilir? – ŞOK İDDİA














Azərbaycanda istehlakçılara ildə ən azı 2-3 adda qovrulmuş günəbaxan tumları təqdim olunur. Marketlərdə ən çox satılan məhsullar içərisində yer alan günəbaxan tumlarının yaxşı gəlir mənbəyi olduğunu bilən bəzi işbazlar məhsulu emal etmək üçün əlavə xammal bazarı axtarışına çıxır. Çünki ölkəmizdə olan günəbaxan istehsalı bu tələbatı ödəyəcək həddə deyil.
dogruxeber.tv Medicina.az-a istinadən xəbərinə görə, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda satışda olan qablaşdırılmış, qovrulmuş günəbaxan tumlarının bir çoxunun Ukraynanın Çernobıl vilayətindən gətirilməsi barədə şayiələr dolaşması barədə materiallar təqdim olunur. İnsanlar radiasiyalı ərazidən daşınan tumların orqanizm üçün ziyanlı olmasını bilir, bu səbəbdən aldıqları məhsulun radiasiya yükünün yoxlanmasını tələb edir.
Məlumdur ki, Çeynobıla yaxın ərazilərdə belə yetişən bitki, tərəvəz, meyvə və heyvandarlıq məhsulları istifadə oluna bilməz.
Çernobıl radiasiyası insana uzun müddət sonra təsirini göstərməyə başlayır. Əgər belə hal varsa, xüsusən günəbaxan tumunu xoşlayan uşaqlar təhlükə altındadır.
Bununla bağlı sayta açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onlarda istənilən toxumda olan radiasiyanı ölçmək üçün xüsusi cihazın olduğunu bildirib. Qeyd edib ki, amma bu cihaz bu vaxta kimi yoxlamalarda istifadə olunmayıb.
E. Hüseynov qeyd edib ki, quruma günəbaxan toxumları ilə bağlı şikayətlər olunur:
“Çernobılda yetişdirilən günəbaxan bitkisinin tumlarının ölkəyə sahiblarlar tərəfindən idxal olunması mümkündür. Azad bazar şəraitidir, kim nə istəyir gətirir, satır. İlk baxışda normal məhsuldur. Amma çoxlarının ağlına gəlmir ki, onun radiasiyalılığını yoxlasın. Belə tumlar sağlamlıq üçün təhlükəli ola bilər. İstehlakçılar yenə də diqqətli olsun. Qablaşdırılmış tumların üzərində məhsulun mənbəyi haqda məlumat olmur.
Məhsulun markalanmasına, saxlanma şəraitinə, müddətinə fikir versinlər. Tumun rəngi, dadında xoşagəlməz nəsə hiss etsələr, onu qəbul etməsinlər. Ümumiyyətlə, düzgün qovrulmamış tumlarda toksiki elementlər, radionuklidlərin miqdarı normadan yüksək olur. Artıq tum istehsalı və satışı müəssisələrinə ciddi nəzarətin vaxtı çatıb”.
Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri, ekspert Vahid Məhərrəmov ölkəyə həm yağ, həm günəbaxan tumu istehsalı üçün xammal tum idxal olunduğunu bildirərək, bu məsələdə sui-istifadə hallarının qarşısının alınmasının vacib olduğunu deyib:
“Çernobıl Yer üzünün cəhənnəmidir. Ora yaxın ərazilərdə yaşayan əhali özü belə orda yetişən məhsulu yemir, ümumiyyətlə orda məhsul yetişdirmək qadağandır. Çernobılda yetişən məhsulu idxal etmək, emal edib satmaq cinayətdir. Ölkəyə daxil olan günəbaxan tumunun hansı regiondan gəlməsi nəzərə alınmalıdır. Toxumlarda radiasiya dərəcəsi yoxlanılmalı, bunun üçün xüsusi cihazlar istifadə olunmalıdır. Ola bilər ki, Çernobılda yetişdirilib, ucuz satılan məhsulu alan bəzi işbazlar var. Bizim kimi ölkələrə bəlkə də hansısa yollarla idxal olunur.
Amma belə bir fakt varsa, aşkarlanaraq qarşısı alınmalıdır. Yenə də deyirəm ki, bu, cinayətdir”

Son xəbərlər

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Bütün xəbərlər