Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…













Ermənistanın yeni lideri Nikol Paşinyan ölkə mediası üçün yad insan deyil. Onun zamanında “Aykakan Jamanak” qəzetinin baş redaktoru olması, Tiflisdə keçirilən media tədbirlərində ortaq iştirakları bir çox redaktorların Paşinyanla tanışlığını mütləq edib.



Bu haqda ilkin məlumat verən Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev olub. E.Fətullayev sosial şəbəkədəki statusunda yazıb ki, Ermənistanın yeni lideri Nikol Paşinyanı şəxsən tanıyır. Statusu təqdim edirik: “Nikol Paşinyanla həmkar olmuşuq. 2006-cı ilin noyabrında “Realnı Azərbaycan” qəzetinin baş redaktoru qismində onunla Tiflisdə çox müzakirələr aparmışıq. O zaman Paşinyayn “Aykakan Jamanak” qəzetinin baş redaktoru idi. Maraqlıdır, Paşinyan o zaman mənə Azərbaycanda baş verənlərlə bağlı xeyli suallar verdi. “Azərbaycanın daxili siyasətinə niyə bu qədər maraq göstərirsiz?” deyərək, açıq sual verdim. “Çünki ölkələrimizdə eyni ssenarı tətbiq edilir” dedi.

Sonradan həbsdə olanda, eşitdim ki, Paşinyanı da həbs edib, 7 il azadlığdan məhrum etdilər. Eyni ssenari haqda sözlərini xatırlayıb, xeyli gülümsədim”.


E.Fətullayev Paşinyanın cəsarətli və ağıllı olduğunu yazıb: “Paşinyan – cəsarətlidir, ağıllıdır, analitik təfəkkürə malikdir və bütün varlığı ilə Rusiyaya nifrət edən Qərbpərəst siyasətçidir… Məncə, o, Ermənistanın Saakaşvilisi olacaq, ölkədə bir çox islahatlar aparacaq”.



N.Paşinyanı tanıyanlardan biri də “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanı yaxından olmasa da, ümumən tanıyıb: “Yaxından o qədər də diqqət yetirmirdim. Mənim nəzərimi o zaman cəlb etdi ki, kütləvi tədbirlərdən birində onu döydülər. Cinayət işi açdılar, tutdular, sonra Qərbin təzyiqi ilə buraxdılar. Daha çox siyasətçi kimi tanınırdı, nəinki jurnalist kimi. Ortaq media tədbirlərində iştirak etmişik”.

A.Əliyev bildirdi ki, Paşinyanın Ermənistana ciddi bir inkişaf yolu göstərəcəyini düşünmür. Müsahibimizin fikrincə, onun dövlətçilik, idarəçilik təcrübəsi yoxdur: “İmpulsiv adamdır. Qisasları var, onları almaq istəyir. Antirus təbiətli adam deyil. Ermənistanın bağları, yürüdəcəyi siyasətə təsir edəcək. Onu bir idarəçi, iqtisadiyyatı qaldıra biləcək bir adam kimi onu görmürəm. Hər halda onun xarakteri elədir ki, bu cür xarakterli adamlar mediada uğur qazanır. Tənqidi meyl, impulsivlik, sərhədlərin geniş olması buna təsir göstərir. Hər halda o, işini görürdü. Üzdə olan qəzet idi və qəzetin rəhbəri olaraq tanınırdı”.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da Paşinyanla ortaq bir tədbirdə iştirak ehtimalını istisna etmir: “Bəlkə də ortaq tədbirlərdə olmuşuq. Amma o tədbirlərdə o qədər erməni olub ki. O da onlardan biri kimi gəlib keçib. Parlaq bir şey baş verməyib. Aramızda 20 yaş fərqi var. Yaxşı tanıdığım birisi olmayıb. Mən Yerevan Mətbuat Klubunun rəhbəri Boris Novosoryanı tanımışam, bunu yox”.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə bildirdi ki, ünsiyyət dairəsi daha çox hüquq müdafiəçiləri, vəkillər olub, nəinki siyasilər və jurnalistlər: “Görünür ki, bu, peşəmlə bağlıdır. Onu o tədbirlərdə çox görmüşəm, amma xatırlamıram. O daha çox siyasətçi olub, nəinki jurnalist. Həbsə düşəndən sonra isə məşhurlaşıb”.

Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…


Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…


Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…


Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…

Son xəbərlər

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Bütün xəbərlər