Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-3  kubada teyyare qezasi neticesinde olenlerin sayi artib yenilenib 3













Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri xəstəxanada keçinib. Beləliklə, qəzada ölənlərin sayı 108 nəfərə çatıb.

dogruxeber.tv-ın məlumatına görə, bu barədə Cuba TV xəbər verib.

Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.


Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” aviaşirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.

03:34

Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb

dogruxeber.tv-ın məlumatına görə, bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.

Ölən sərnişinlərin hamısının Kuba, ekipaj üzvlərinin isə Meksika vətəndaşları olduğu məlum olub. Qəza nəticəsində sağ qalan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


“Cubana de Aviacion”un Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.


00:44

Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub.

dogruxeber.tv-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kubanın “Granma” qəzeti xəbər verib.

Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.

Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, ötən axşam “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.

22:53

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

dogruxeber.tv-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb və yanıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.


21:38

Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.

Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.







Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-3  kubada teyyare qezasi neticesinde olenlerin sayi artib yenilenib 3


Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-3  kubada teyyare qezasi neticesinde olenlerin sayi artib yenilenib 3


Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-3  kubada teyyare qezasi neticesinde olenlerin sayi artib yenilenib 3

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər